
Türkiyə və Ermənistan münasibətlərin normallaşması üçün növbəti görüşün keçirilməsinə qərar veriblər, tarix və yer razılaşdırılacaq
Bu haqda Türkiyənin Yerevala münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi səfir Sərdar Kılıç “Ria Novosti”yə müsahibəsində bildirib. .
“Görüş olacaq, biz qərar qəbul etmişik. Günü və yeri barədə biz qərar verəcəyik” – deyə Kılıç bildirib.
Bundan öncə Antalyada Diplomatik Forum-2024 çərçivəsində keçirilən “Cənubi Qafqazda Sülh, İnkişaf və Münasibətlər” panelində çıxışı zamanı Kılıç bildirib ki, Türkiyə və Ermənistan nümayəndələri Yerevanda görüşə bilərlər.







