BaşlıcaSiyasət

Ermənistan-Türkiyə barışıq prosesi uzun müddətdir irəli getmir və bunun üçün məsuliyyəti məhz Türkiyə tərəfi daşıyır: Türkoloq

Türkiyə tərəfi Ermənistan-Türkiyə danışıqlar prosesindən problemlərin həlli üçün istifadə etmir, əksinə, prosesi diplomatik mübarizəyə çevirməyə çalışır.

Bunu “Armenpress”ə müsahibəsində akademik, türkoloq Ruben Safrastyan bildirdi.

“Ermənistan-Türkiyə barışığı prosesi əslində uzun müddətdir, irəli getmir və bunun üçün yeganə cavabdeh Türkiyə tərəfidir. O, bəyan edir guya ilkin şərtlərdən imtina edir, amma reallıqda onları daha sərt şəkildə irəliləyir.

Ərdoğanın ötənilki bəyanatları sübut edir ki, o, artıq ilkin şərtləri tələb kimi formalaşdırır. Ankara əvvəlki kimi, Ermənistan-Türkiyə barışıq prosesini Ermənistan və Azərbaycan arasında gedən danışıqlarla bağlayır və Ermənistan tərəfinin birtərəfli qaydada güzəştə gedəcəyini və Azərbaycanın maksimalist tələbləri əsasında sülh müqaviləsi imzalayacağını gözləyir”, – Safrastyan qeyd edib.

Türkoloq vurğulayıb ki, belə bir şey baş verənə və Ermənistan Türkiyə və Azərbaycanın təzyiqlərinə tabe olmayana qədər Türkiyə tərəfi Ermənistanla münasibətlərinin normallaşması prosesini dondurdu.

Türkoloq qeyd edib ki, Antalyada Ruben Rubinyanın çıxışı bir daha sübut etdi ki, Ermənistan ilk gündən qəbul etdiyi siyasətini davam etdirir və Türkiyə ilə münasibətlərin tənzimlənməsinin ilkin şərt olmadan həyata keçirilməsində təkid edir.

“Burada Türkiyə tərəfinin nümayəndəsi Serdar Kılıçın reaksiyası maraqlı olub. O, diplomatik yolu ilə Ermənistanı ilkin şərtlər irəli sürməkdə ittiham etməyə çalışıb. Kılıç qeyd edib ki, Ermənistan danışıqları üçüncü ölkələrdə davam etdirməyi təklif edir, Ankara isə görüşlərin ya Türkiyədə, ya da Ermənistanda olmasını istəyir. Bundan başqa, Kılıç növbəti görüşün Yerevanda keçirilməsini təklif edib. Türkiyə təmsilçisinin işlətdiyi digər hiylə Yerevanda mümkün görüş nəticəsində mühüm qərarların qəbulu ilə bağlı olub”.

Safrastyanın sğzlərinə görə, Ankara təkcə erməni tərəfində deyil, beynəlxalq ictimaiyyətdə belə bir təəssürat yaratmaq istəyir ki, o, Ermənistanla münasibətləri normallaşdırmağa və danışıqlarda mühüm addımlar atmağa hazırdır. Türkoloq qeyd edib ki, Kılıç təcrübəli diplomatdır, ona görə də sözügedən hiylələr vasitəsilə konstruktiv siyasət yürütməyə hazır olduğunu göstərir, əslində problemi tamamən başqa prizmadan təqdim etməyə çalışır.

“Türkiyə siyasətini başa düşmək üçün nəzərə almaq lazımdır ki, Ankara üçün Yerevanla münasibətlərin tənzimlənməsi böyük ölçüdə əhəmiyyət kəsb etmir. İqtisadi baxımdan ölkəmiz Türkiyə üçün böyük maraq kəsb etmir. Hələ 1991-ci ildə Türkiyə tərəfi belə qənaətə gəlib ki, dənizə çıxışı olmayan və əlverişsiz coğrafi vəziyyətdə olan Ermənistan Türkiyə ilə münasibətlərin tənzimlənməsində daha çox maraqlı olmalıdır. Ankara məhz bundan istfadə edir. Onların məqsədi danışıqlar prosesində Ermənistandan güzəşt almaqdır və bunun üçün əlavə təzyiq vasitəsi kimi Ermənistan-Azərbaycan barışıq prosesindın istifadə olunur”,- Ruben Safrastyan vurğulayıb.

Daha çox göstər
Back to top button