
Misirə rəsmi səfərə gedən Baş nazir Nikol Paşinyan bu ölkənin prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşüb.
Əvvəlcə iki ölkə liderləri arasında təkbətək söhbət olub, daha sonra müzakirələr geniş tərkibdə davam etdirilib.
Misir Prezidenti Baş nazir Paşinyanın rəsmi səfərini alqışlayıb və bunun Misir və Ermənistan arasında çoxsahəli əməkdaşlığın inkişafına və genişlənməsinə yeni təkan verəcəyini vurğulayıb.
Əbdülfəttah Əl-Sisi erməni və Misir xalqları arasında çoxəsrlik sıx əlaqələrin olduğunu vurğulayaraq əlavə edib ki, Misirin erməni icmasının müxtəlif sahələrin inkişafında öz xüsusi rolu var.
ER Baş naziri Paşinyan səmimi qəbula görə təşəkkür edərək əlavə edib ki, ER hökuməti Misirlə əlaqələrin genişləndirilməsində və dərinləşməsində maraqlıdır.
Baş nazir ticari-iqtisadi əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsini vurğulayaraq mövcud potensialın reallaşdırılması üçün işgüzar əlaqələrin inkişaf etdirilməsinin vacibliyiniqeyd edib.
Ermənistanın Baş naziri və Misir Prezidenti iqtisadiyyat, infrastruktur, turizm, aviasiya, yüksək texnologiyalar, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi, təhsil və mədəniyyət sahələrində yeni birgə proqramların həyata keçirilməsi ilə bağlı bir sıra məsələləri müzakirə ediblər.
Həmsöhbətlər Cənubi Qafqaz və Yaxın Şərq regionlarında cərəyan edən proseslərlə bağlı məsələləri də müzakirə ediblər. Hər iki tərəf sülhün və sabitliyin möhkəmləndirilməsini və bu istiqamətdə ardıcıl addımların atıldığını vurğuladılar.
Baş nazir Paşinyan misirli həmkarına Ermənistan-Azərbaycan sülh müqaviləsi üzrə aparılan müzakirələrin təfərrüatları barədə məlumat verib və Ermənistan tərəfinin prinsipial mövqelərindən danışıb. Söhbət zamanı ER hökumətinin “Sülh yollarının kəsişməsi” layihəsi və onun prinsiplərinə də toxunulub.
Nikol Paşinyan Dağlıq Qarabağdan məcburi köçkünlərin humanitar problemlərindən və onların həlli istiqamətində Ermənistan hökumətinin atdığı addımlardan da danışıb.
Nikol Paşinyan və Əbdülfəttah əs-Sisinin görüşündən sonra iki ölkə liderlərinin iştirakı ilə Ermənistan və Misir arasında sənədlərin imzalanması mərasimi keçirilib.
O cümlədən, Ermənistanın İqtisadiyyat nazirliyi ilə Misirin Beynəlxalq Əməkdaşlıq nazirliyi arasında iqtisadi əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
Sənədi Ermənistanın İqtisadiyyat nazirinin müavini Rafael Gevorgyan və Misirin Beynəlxalq İnkişaf Əməkdaşlıq naziri Rania El Maşat imzalayıblar.
ER İqtisadiyyat nazirliyi ilə Misirin Kənd Təsərrüfatı və Torpaqların İnkişafı nazirliyi arasında 2024-2026-cı illərdə kənd təsərrüfatı sahəsində elmi-texniki əməkdaşlığın həyata keçirilməsi planı imzalanıb. Sənədi Rafael Gevorgyan və Misirin Kənd Təsərrüfatı naziri El Said Əl Kasser imzalayıblar.
Ermənistanın Ətraf Mühitin Mühafizəsi nazirliyi ilə Misirin Ətraf Mühitin Mühafizəsi nazirliyi arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.







