
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan gündəmdə ölkənin Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı məsələnin olub-olmamasına dair sualına cavab olaraq deyib:
“Ermənistan müxtəlif məsələləri müzakirə edir və biz bütün mövcud istiqamətləri və məsələləri müzakirə etməyə davam edəcəyik. Bütün məsələlər bizim masamızdadır, biz onları müzakirə edirik”.







