
Ermənistanın mövqeyi ondan ibarətdir ki, “Zvartnots” beynəlxalq hava limanında xidmətlər tam şəkildə Ermənistanın sərhədçiləri tərəfindən yerinə yetirilməlidir. Jurnalistin verdiyi məlumata əsasən, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan jurnalistlərlə keçirdiyi brifinq zamanı RF sərhədçilərinin “Zvartnots” beynəlxalq hava limanından çıxarılması məsələsinə baxılırmı, sualına cavab verib.
“Ermənistanın bu məsələ ilə bağlı dəqiq mövqeyi var və bu aydın mövqe barədə Rusiya Federasiyasına rəsmi məktubla məlumat verib.
Ermənistanın mövqeyi ondan ibarətdir ki, “Zvartnots” Beynəlxalq Hava limanında xidmətlər erməni sərhədçiləri tərəfindən həyata keçirilməlidir” – deyə Qriqoryan bildirib.
Niyə belə bir ehtiyac yaranıb sualına Qriqoryan cavab verdi ki, Ermənistan müstəqillik dövründə müxtəlif istiqamətlərdə potensial əldə edir və hazırda hava limanına tam nəzarət etmək üçün Ermənistanın tam imkanları var.
Bundan əvvəl Ermənistan parlamentinin sədri Alen Simonyan RF sərhədçilərinin “Zvartnots” beynəlxalq hava limanını tərk etməsinin məqsədəuyğun olacağı fikrini bildirmişdi.
Daha sonra RF Prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Yerevanın rus sərhədçilərinin Zvartnots hava limanından çıxarılması ilə bağlı qəbul etdiyi hər hansı qərar barədə Rusiyaya məlumat verilməyib.







