BaşlıcaSiyasət

Yeni Zelandiyadakı Ermənistanın fəxri konsulluğunun rəsmi açılışı olub

Ermənistanın Yeni Zelandiyadakı səfiri Areg Hovhannisyan Oklenddə Ermənistanın fəxri konsulluğunun rəsmi açılışı münasibətilə Oklendə işgüzar səfər edib.

Martın 2-də səfir Avstraliya və Yeni Zelandiya Erməni Yeparxiyasının rəhbəri arxiyepiskop Haykazun Nacaryanın rəhbərliyi ilə keçirilən liturgiyada iştirak edib.

Səfir Hovhannisyan qeyd edib ki, bu hadisə tarixi hadisədir, çünki 32 il bundan əvvəl, elə həmin gün, martın 2-də Ermənistan Respublikası BMT-yə üzv olub və Nyu-Yorkda BMT qarşısında Ermənistan bayrağı qaldırılıb. 

Martın 3-də səfir Hovhannisyan və fəxri konsul Hakob Karapet Oklenddəki Ermənistanın fəxri konsulluğunun qarşısında ER bayrağını qaldırıblar.  

Martın 4-də səfir Hovhannisyan Oklenddəki Kuk adalarının fəxri konsulu, eləcə də Polşa, Livan, Panama, Finlandiya və digər ölkələriin fəxri konsullarının, Yeni Zelandiyada Avropa Biznes Şurasının nümayəndələrinin iştirak ilə ER fəxri konsulunun təşkil etdiyi qəbulunda iştira edib.

Daha çox göstər
Back to top button