YUNESKO-nun mənzil-qərargahında Sergey Paracanovun 100-illiyinə həsr olunmuş tədbirlər keçiriləcək

Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın Martın 5-da verdiyi qərarı ilə ER Təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan Aprilin 3-5-də Fransa Respublikasına(Paris) YUNESKO-nun mənzil-qərargahında Sergey Paracanovun 100-illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək məqsədi ilə ezam olunacaq.
Bu il ESSR xalq artisti, görkəmli kinorejissor Sergey Paracanovun anadan olmasının 100 illiyi tamam olur. Ermənistanda 2024-cü ilin Yanvarında başlanğıcı verilmiş 30-dan çox proqram nəzərdə tutulub. Paytaxtda, regionlarda və xaricdə beynəlxalq elmi konfrans, elmi monoqrafiyanın nəşri, filmlərin nümayişi, Sergey Paracanova həsr olunmuş təhsil və mədəni jurnalı, teatr, balet və rəqs tamaşaları, fotosərgi tədbirlərinin keçirilməsi planlaşdırılır.







