BaşlıcaSiyasət

Mirzoyan Ankaranın vasitəçiliyi ilə bağlı: “Azərbaycan və Türkiyənin mövqeləri eynidir”

Ermənistan Respublikasının Xarici işlər naziri Ararat Mirzoyan bəyan edib ki, Türkiyə dəfələrlə Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesində vasitəçilik etməyə cəhd edib.

Mirzoyan TRT World-ə verdiyi müsahibədə Türkiyənin bəzi məsələlərdə Ermənistan və Azərbaycanı birləşdirməyə, hətta vasitəçilik etməyə çalışdığını deyib.

“Bəli, biz bir neçə belə cəhd görmüşük. “Hörmətlə cavabımız belə oldu ki, vasitəçilik cəhdində bu təkcə Türkiyəyə deyil, bütün digər ifaçılara da aiddir, biz potensial vasitəçinin mövqelərinin və niyyətlərinin tamamilə balanslaşdırılmış, tamamilə neytral olduğunu görməliyik.

Ən azından demək olar ki, Azərbaycan və Türkiyənin mövqelərinin eyni olması təsəvvürü formalaşır ki, bu da adətən vasitəçilik mühiti yaratmır. Buna baxmayaraq, biz öz ideyalarımızı təqdim etmişik və bu məsələ ilə bağlı da konstruktiv müzakirə getməkdədir” – deyə Mirzoyan bildirib.

Daha çox göstər
Back to top button