BaşlıcaSiyasət

Mirzoyan  Türkiyə ilə sərhədin açılması harədə: “ ER dövlət sərhədlərinin tez bir zamanda açılmasını səmimiyyətlə istəyir”

Sərhədlərin açılmasının üstünlükləri aydındır, Ermənistan dövlət sərhədlərinin tez bir zamanda açılmasını səmimiyyətlə istəyir.

Bu haqda  Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan Antalya Diplomatik Forumunda iştirakı çərçivəsində Türkiyənin “Anadolu” xəbər agentliyinə Türkiyə ilə sərhədin açılması ehtimalı ilə bağlı verdiyi müsahibəsində bildirib.

ER Xİ naziri Ararat Mirzoyan Türkiyə ilə münasibətlərin normallaşması prosesinə, sərhədlərin açılması məsələsində  ER yanaşması, mövcud razılaşma və gözləntilərdən danışıb.

Mirzoyan Antalyada keçirilən Diplomatik Forumun mühitinə  toxunaraq “Antaliyada keçirilən Diplomatik Forum həqiqətən də təsir edicidir deyib. İkinci dəfədir Forumda iştirak edirəm. İlk dəfə iki il öncə orada olmuşam”.

Nazir Mirzoyan ötən il Kahramanmaraşda baş vermiş zəlzələ ilə əlaqədar forumun ləğv edilməsinə, eləcə də zəlzələdən sonra Türkiyəyə, təbii fəlakət zonasına və Ankaraya səfərinə işarə edib.

“Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması prosesi çərçivəsində görüşlər və telefon əlaqəsi olan xüsusi nümayəndələr təyin edilib. Türkiyə prezidenti Rəcəb Tayyib Erdoğan və ER Baş nazir Nikol Paşinyan arasında telefon danışıqları olub.  Müsbət dinamika təmin edən davamlı təmaslar mövcuddur” – deyə Ararat Mirzoyan bildirib.

ER Xarici işlər naziri onu da qeyd edib ki, Türkiyə ilə Ermənistan arasında quru sərhədinin üçüncü ölkə vətəndaşları, eləcə də diplomatik pasport sahibləri üçün açılmasına dair razılıq əldə olunub.

Xarici işlər naziri həmçinin tarixi Ani körpüsünün bərpasının müzakirə olunduğunu bildirib və sərhədyanı rayonlarda infrastruktur və yolların tikintisi ilə bağlı müəyyən razılaşmaların əldə olunduğunu xatırladıb.

“Ermənistan dövlət sərhədlərinin tezliklə açılmasını, diplomatik münasibətlərin qurulmasını, iki xalq və mədəniyyət arasında əlaqələrin genişləndirilməsini səmimiyyətlə istəyir” –deyə  nazir qeyd edib.

İki ölkə arasında sərhədlərin açıq olmasının üstünlükləri barədə suala cavab olaraq Mirzoyan deyib:

 “Sərhədlərin açılmasının üstünlükləri aydındır:  birincisi, bu, insanlar üçün çox vacibdir. Münasibətlərin inkişafı, iqtisadi əlaqələrin yüksəlişi ilk növbədə xalqın xeyrinə olacaq, bunu Ermənistan vətəndaşlarının əksəriyyəti dərk edir.

Daha çox göstər
Back to top button