BaşlıcaSiyasət

Yunanıstan Dağlıq Qarabağın dərslərini nəzərə alaraq Ermənistanla əməkdaşlıq edəcək: Yunanıstan müdafiə naziri

Yunanıstanın müdafiə naziri Nikos Dendias “Naftemporiki” qəzetinə müsahibəsində bildirib ki, Afina Dağlıq Qarabağ münaqişəsindən əldə olunan dərsləri nəzərə alaraq Yerevanla əməkdaşlıq edəcək.

“PUA və PUA-lar əleyhinə sistemlərdəki texnoloji inkişafların qlobal miqyasda müharibənin aparılması üsulunu dəyişdiyini inkar etmək olmaz. Ermənistana son səfərim zamanı onların müasir döyüş meydanında istifadə edilməsi barədə ətraflı məlumat əldə etdim. Nəzərinizə çatdırım ki, bu ölkə, silahlı qüvvələrinə “bayraktarlar” da daxil olmaqla kütləvi miqyasda pilotsuz təyyarələrdən istifadə edən ordunun hücumuna məruz qalan ölkədir.

Biz Ermənistanla müdafiə sahəsində əməkdaşlığa dair ikitərəfli sazişlər çərçivəsində və Dağlıq Qarabağ münaqişəsindən əldə edilmiş dərsləri nəzərə alaraq əməkdaşlıq edəcəyik”, – deyə Dendias bildirib.

Daha çox göstər
Back to top button