BaşlıcaSiyasət

Beynalxalq ictimaiyyət DQ-ın erməni tarixi-mədəni irsinin məhv edilməsinə görə məsullara qarşı sanksiyalar tətbiq etməlidir: Con İnyaritu

İspaniyalı deputat Con İnyaritu hesab edir ki, beynalxalq ictimaiyyət Dağlıq Qarabağın erməni tarixi-mədəni irsinin məhv edilməsinə görə məsuliyyət daşıyan şəxslərə və ya təşkilatlara qarşı məqsədyönlü sanksiyalar və ya digər cəzalar tətbiq etməli və gələcək pozuntuların qarşısını almalıdır.

“Görünür, bu, Avropa Parlamentinin təklif etdiyi xəttdir. Ancaq Əliyev rejiminin 2020-2023-cü illərdə Dağlıq Qarabağın bütün əhalisinə qarşı etnik təmizləmə təşkil etdiyini, lakin heç bir sanksiyaların qəbul edilmədiyini nəzərə alsaq, bu məsələdə o qədər də optimist deyiləm” – deyə ispaniyalı deputat “Armenpress”in müxbirinin sualına cavab olaraq təəssüfləndiyini bildirib.

 Beynalxalq ictimaiyyətdən gözlənilən dəqiq addımlara toxunan deputat qeyd edib ki, Azərbaycan tərəfindən həyata keçirilən pozuntular və vandalizmə son qoyulması həm diplomatik və hüquqi, həm də mədəni səyləri əhatə edən çoxtərəfli yanaşma tələb edir.

“Yekun sülhə nail olmağa çalışan beynəlxalq ictimaiyyət Azərbaycan və Ermənistanla diplomatik dialoq aparsa da, məhz Dağlıq Qarabağda yer üstündə vəziyyətə nəzarət edən müstəqil beynəlxalq monitorinq mexanizmləri olmadan yerli erməni irsini qorumaq mümkün olmayacaq” – deyə deputat vurğulayıb.

Con İnyaritunun fikirincə, burada erməni tərəfinin də görülən işləri var və bu yeni mədəni dağıdılmaları üçün Azərbaycanı məsuliyyətə cəlb etməli olan YUNESKO və Beynalxalq Ədalət məhkəməsi kimi hüquqi beynalxalq platforma və institutlardan istifadə etmək lazımdır.

“Vətəndaş cəmiyyəti həm Ermənistanda, həm də beynəlxalq səviyyədə mədəni təhsil və maarifləndirmə proqramlarını təşviq etməlidir. Mətbuat vasitələri və ictimai maarifləndirmə kampaniyaları vasitəsilə Dağlıq Qarabağda erməni mədəni irsinin qorunmasının vacibliyi barədə maarifləndirmə aparılmalıdır” – deyə deputat əlavə edib.

Daha çox göstər
Back to top button