BaşlıcaSiyasət

Əliyev rejiminin qaydaları

“Amerikanın səsi” xəbər verir ki, Britaniya məhkəməsi Azərbaycan Milli Məclisinin deputatı Cavanşir Feyziyevin  Londondakı 50 milyon dollar ümumi məbləği ilə əmlakına həbs qoyulması qərarını qüvvədə saxlayıb.

Britaniyanın Cinayətkarlıqla mübarizə üzrə milli agentliyin məlumatına görə, Feyziyev və onun həyat yoldaşının çirkli pulların yuyulması nəticəsində dondurulmuş vəsait əldə etdiyinə dair güclü sübutlar var.

Maraqlıdır ki, Feyziyev 2023-cü ilin May ayına qədər Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri vəzifəsində çalışıb, eyni zamanda Avropa Parlamentində Azərbaycan Milli Məclisini təmsil edib.

Britaniya məhkəməsi Cinayətkarlıqla mübarizə üzrə milli agentliyin tələbi ilə onun həyat yoldaşının bank hesablarından 7 milyon dollar pulu müsadirə etdikdən sonra o, istefa verib.

Bu münasibətlə Milli Məclisin sabiq deputatı Gültəkin Hacıbəyli Facebook sosial şəbəkəsində yazıb ki, “Britaniya məhkəməsinin 50 milyon dollarını müsadirə etdiyi deputat Feyziyev azadlıqdadır, polisin evindən 3 min avro “tapdığı” şəxs isə həbs edilərək xarici valyuta qaçaqmalçılığında ittiham olunur”. Əliyev rejiminin qaydaları belədir.

Daha çox göstər
Back to top button