BaşlıcaSiyasət

Erməni sərhədçiləri artıq kifayət qədər təcrübə toplayıblar və “Zvartnots”da sərhəd xidmətini Rusiya tərəfinin köməyi olmadan həyata keçirə bilərlər: Paşinyan

Yerevanda yerləşən “Zvartnots” hava limanındakı erməni sərhədçiləri artıq kifayət qədər təcrübə toplayıblar və burada sərhəd xidmətinin Rusiya tərəfinin köməyi olmadan həyata keçirilməsini təmin edə bilərlər.

Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında deyib.

O qeyd edib ki, Ermənistan tərəfi Rusiya Sərhəd Xidməti ilə əlaqə saxlayıb, onlara müstəqilliyin əvvəlindən indiyədək göstərdikləri xidmətə və sərhədlərin mühafizəsinə nəzarətdə göstərdiyi köməyə görə təşəkkür edib.

Onun sözlərinə görə, Ermənistanın dövlət institutları inkişaf edir və müstəqil xidmət göstərmək üçün artıq təcrübə toplayıb.

Daha çox göstər
Back to top button