BaşlıcaSiyasət

Ermənistan sərhədçiləri avqustun 1-dən “Zvartnots” hava limanında xidmətə başlayacaqlar։ Paşinyan

Avqustun 1-dən Ermənistan sərhədçiləri “Zavrtnots” hava limanında xidmətə başlayacaq. Bunu ER baş naziri Nikol Paşinyan bu gün, martın 12-də keçirdiyi mətbuat konfransında deyib.

“Biz sadəcə belə bir qərar verdiyimizi bildirdik və səhv etmirəmsə, son tarix 2024-cü il avqustun 1-dir”, – deyə o qeyd edib və əmin edib ki, məsələ siyasi və geosiyasi deyil, iş məsələsidir.

Qeyd edək ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında Rusiya sərhədçilərinin “Zvartnots” hava limanında işini dayandırması ilə bağlı Ermənistandan məlumat aldığını bildirib.

Daha çox göstər
Back to top button