
“Qardman-Şirvan-Naxicevan” ümumerməni birliyi Azərbaycanın “islamafobik” isterikasına bəyanatla toxunaraq qeyd edib ki, son dövrdə Azərbaycan islamafobiya təzahürləri barədə aktiv şəkildə qışqırır və dünyanı Azərbaycana qarşı islamafob siyasətin aparıldığına inandırmaq üçün böyük səylər göstərir.
Bəyanatda deyilir ki, “Belə mövqe heç də təsadüfi deyil. Dağlıq Qarabağda erməni milli-mənəvi xristian mədəni irsinin hər gün məhv edilməsi fonunda Azərbaycan dilə gətirilməyən ermənifobiyaya əks çəki yaratmağa çalışır. Və belə olan halda Bakı ümumdünya dini tolerantlıq kimi incə məsələni qızışdırmaqdan daha əlverişli yol tapmır.
Yəni, Azərbaycan millətlərarası münaqişəyə dinlərarası, deməli, qlobal münaqişə məzmunu verməyə çalışır və öz rəqibləri sırasında təkcə Ermənistanı deyil, həm də son illərdə Azərbaycanın cinayətlərinə bu və ya digər şəkildə cavab verən bütün ölkələri hesab edir.
Beləliklə Azərbaycan qlobal düşmən uydurur, bununla da bir tərəfdən özünü ümumdünya islamofobiya qurbanı kimi yerləşdirərək anti-erməniçilik problemini “tarazlaşdırmağa” çalışır, digər tərəfdən isə islam dəyərlərinin müdafiəçisi rolunu öz üzərinə götürərək islam ölkələrinin konsolidasiyasını təmin etməyə çalışır.
Bu arada Ermənistan və erməni xalqının bir çox islam dövlətləri və xalqları ilə yaxın qonşuluq münasibətləri var və dini zəmində ziddiyyətlər çoxdan keçmişdədir, lakin “səlib yürüşü” və “islamofobiya” kimi saxta gündəmlərlə dünya ictimaiyyətinin diqqətini yayındırmağa və çaşdırmağa çalışan məhz Azərbaycandır.
Əgər Azərbaycana qarşı islamofobiya mövcuddursa, o zaman Beynəlxalq Ədalət məhkəməsinin qərarlarına məhəl qoymamağı, Dağlıq Qarabağda etnik təmizləməni, erməni zabitinin baltalanması əgər ermənifobiya deyilsə necə qiyymətləndirmək olar? Təbii ki, bütün bu prosesin hədəfi Ermənistan və ermənilikdir.
Azərbaycan erməni Şuşisini islam mədəniyyət paytaxtı kimi markalayır, bəs Şuşiyə gətirilmiş əcnəbilərə 1920-ci ildə Martın 22-26-da Şuşinin bütün erməni əhalisinin necə qətlə yetirildiyi, bütün erməni məhəlləsinin necə dağıdıldığı barədə bildirirmi? 1988-ci ildə Şuşinin ermənilardən tamamilə boşaldılması barədə xəbər verirmi? Və 2020-ci ildə 9 Noyabr sazişinin 7-ci bəndinin birtərəfli qaydada yerinə yetirilməsi ilə məhz Azərbaycan məcburi köçkün düşmüş ermənilərin həm Şuşi, həm də bütün Dağlıq Qarabağa qaytarılmasına imkan vermir.
Bu “islamofobik” isteriya fonunda Azərbaycandan aşağıdakı suala cavab verməsini tələb edirik: Ermənilərin Cuğa qəbiristanlığının dağıdılması, yaxud Stepanakertdə və Dağlıq Qarabağın digər şəhər və yaşayış məntəqələrində tarixi binaların, abidələrin, mənəvi-milli qurumların dağıdılmasını necə xarakterizə etmək olar? Azərbaycanın susqunluğu birmənalı sübutdur ki, bütün bu “islamofobiya” tamaşası siyasi hoqqabazlıq və cinayəti ört-basdır etməkdən başqa bir şey deyil.







