Başlıcaİctimaiyyət

Avropa Şurasının iki illik layihəsi DQ-dan məcburi köçkünlərin sosial hüquqlarının möhkkəmləndirilməsinə yönəlib

Ermənistan Respublikasının Təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Artur Martirosyan Martın 12-də Avropa Şurasının Yerevan ofisinin rəhbəri vəzifəsini icra edən Maksim Lonqanqenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

ER Təhsil, elm, mədəniyyət və idman nazirliyindən bildiriblər ki, nümayəndə heyətinin Ermənistana səfəri ER-AB 2023-2026-cı illər üçün fəaliyyət proqramına daxil olunmuş “ER-da sosial sahədə insan hüquqlarının möhkəmləndirilməsi” iki illik layihəsinin başlanması ilə əlaqədardır. Layihənin əsas məqsədi Dağlıq Qarabağdan məcburi köçkünləri və, ümumilikdə, ER-da sosial hüquqlarının möhkamləndirilməsini dəstəkləməkdir.

“Qonaqları salamlayan Artur Martirosyan Avropa Şurası ilə əməkdaşlığın yüksək səviyyədə olduğunun və onun gələcək inkişaf etdiriləcəyinin vacibliyini vurğulayıb. Dağlıq Qarabağdan məcburi köçkün düşmüş vətəndaşların ehtiyaclarına toxunan Artur Martirosyan əvvəlcə onların fundamental hüquqlarının, xüsusilə də təhsil hüququnun həyata keçirilməsinə yönəlmiş ER hökuməti tərəfindən həyata keçirilən dəstək proqramlarını təqdim edib. Nazir müavininin sözlərinə görə, Dağlıq Qarabağdan məcburi köçkün düşmüş 17 mindən çox tələbə ER dövlət məktəblərində daxil edilib.

Avropa Şurasının Yerevan ofisinin rəhbəri vəzifəsini icra edən Maksim Lonqanqe qəbul üçün təşəkkür edib və ER hökümətinin DQ-dan məcburi köçürülmüş vətəndaşların ehtiyaclarına operativ reaksiya etməsi və onların həlli ətrafında həyata keçirilmiş işləri yüksək qiymətləndirib.

Maksim Lonqanqe məlumat verib ki, “Ermənistan Respublikasında sosial sahədə insan hüquqlarının möhkəmləndirilməsi”  iki illik proqramın məqsədi Dağlıq Qarabağdan məcburi köçkün dümüş vətandaşlar və həssas qrupların problemlərinin həlli istiqamətində Ermənistan Respublikası hökumətinə dəstək olmaqdır”-deyə məlumatda bildirilir.

Mənbənin sözlərinə görə, proqram çərçivəsində ilk və orta ixtisas müəssisələri ilə əməkdaşlığın təşviqi vurğulayaraq sözügedən kontekstdə təhsil-əmək bazarı əlaqəsinin vacibliyi qeyd olunub.

“Təhsil və əmək bazarı arasında dinamik əlaqələrin gücləndirilməsi bizim ən mühüm çağırışlarımızdan biridir. Əməkə əsaslanan təhsilin inkişafı, təhsil proqramlarının yaxşılaşdırılması və beynəlxalq standartlara uyğunlaşdırılması təhsil islahatlarının əsas problemlərindəndir” – deyə nazir müavini Artur Martirosyan vurğulayıb.

O, həmçinin məlumat verib ki, bu günlərdə Parlamentdə “Peşə təhsili və təlimi haqqında” qanun layihəsi birinci oxunuşda müzakirə olunub ki, orada özəl qurumlarla əməkdaşlığın inkişaf etdirilməsini vurğulayaraq əməkə əsaslanan təlim modelinin institusionallaşdırılmasını təklif edilib.

Qeyd olunur ki, görüş ərzində tərəflər əlavə və fasiləsiz təhsil kontekstində qısamüddətli təhsil proqramları, yenidən hazırlama və digər layihələrin həyata keçirilməsi imkanlarını da müzakirə ediblər.

İclasda AŞ Katibliyinin İnsan hüquqları proqramları üzrə koordinatoru Marqarita Qalstyan da iştirak edib.

Daha çox göstər
Back to top button