
Nə Rusiya, nə də Qərb demokratiyaları ideal silah tədərükçüləri deyillər, lakin Pakistan və Türkiyə Bakı üçün daha etibarlı tərəfdaşlar kimi görünür və çətin ki, onlar insan hüquqları məsələsində olan narahatlıqlar və yə Ermənistanla mümkün gələcək müharibələr səbəbindən sövdələşmələri kəssinlər.
Bu barədə “Business Insider” Türkiyənin 2020-ci ildə Dağlıq Qarabağ uğrunda müharibədə Azərbaycana qalib gəlməyə imkan verən silahlar verdiyini xatırlayaraq yazıb.
Azərbaycan öz təvazökar qırıcı təyaralərinin parkını gələcək onillikdə modernləşdirmək böyük planları var. Bununla belə, Bakı öz ənənəvi silah tədarükçüsü Rusiyaya müraciət etmək əvəzinə, qabaqcıl qırıcıları böyük ehtimalla Pakistan və Türkiyədən alacaq.
Fevralın sonunda Azərbaycan və Pakistan mətbuatında Azərbaycanın Pakistanla 1,6 milyard dollara JF-17C Thunder qırıcı təyyarələrinin alınmasına dair razılıq əldə etməsi barədə təsdiqlənməmiş məlumatlar yayılıb. Ötən ilin İyulunda Azərbaycan rəsmi olaraq Türkiyənin Kaan qırıcılarının proqramına qoşulub.
2018-ci ildə Azərbaycan prezidenti ölkəsinin Rusiya hərbi texnikasına 5 milyard dollar xərclədiyi barədə bildirib. Lakin hazırda çətin ki, Bakı təyarələr üçün Moskvaya müracət etsə, baxmayaraq ki, son illərə qədər Azərbaycana ən böyük silah tədarükçüsü Rusiya olub.
Lakin vəziyyət tədricən dəyişib, çünki Rusiya Ukraynaya qarşı təcavüzkar müharibəyə başlayıb və Ukraynada artan çətinliklər və sanksiyalar fonunda Qafqaz ölkələri arasında nüfuzunu itirməyə başladı.
Türkiyə həmin vəziyyətdən istifadə edərək Bakı ilə hərbi əməkdaşlığı, o cümlədən silah satışı vasitəsilə genişləndirməyə başlayıb.
2017-ci ildə Türkiyənin Azərbaycana satışlarının həcmi artmağa başlayıb, 2019-cu ildə isə Rusiyanın silah ixracı dayanıb.
Bu fonda Pakistandan JF-17-lərin alınması ilə bağlı söhbətlər Moskvadan tədricən ayrılma meylini daha da möhkəmləndirir və həmçinin Rusiya təyyarələrinin (və ümumiyyətlə, hava qüvvələrinin) Ukraynadakı zəif fəaliyyətinin nəticəsi ola bilər.







