
İran prezidenti daha əvvəl bəyan edib ki, İran silahlı qüvvələri qondarma “Zəngəzur dəhlizi”nin açılmasının qarşısını alıb. Bu, Tehranın Ermənistan ərazisindən dəhlizin açılmasının qarşısını almaq üçün hərbi müdaxiləyə hazır olduğunu deməyə əsas verir.
Bu barədə “NEWS.am”ə müsahibəsində Ermənistan-İran Əməkdaşlıq İnkişaf Fondunun rəhbəri Puya Höseyni deyib.
O xatırladıb ki, İranın ali lideri həm Putinə, həm də Ərdoğana Tehranın Ermənistanla çoxəsrlik sərhədi kəsməyə imkan verməyəcəyini deyib.
Rusiyanın Azərbaycandan Naxçıvana gedən yola nəzarət etməsinə gəlincə, Bakı həmin müddəanın qeyd olunan 9 noyabr 2020-ci il tarixli bəyanatı pozub.Hüseyninin sözlərinə görə, həmin bəyanat faktiki olaraq qüvvədə deyil. O qeyd edib ki, İran bu yola üçüncü dövlətlər tərəfindən nəzarət edilməsinə qarşıdır.
“Bu yol, əgər olacaqsa, yalnız Ermənistanın suverenliyi altında olmalıdır. İran qondarma “Zəngəzur dəhlizi” nin sui-qəsdi planının zərərsizləşdirilməsində ciddi rol oynayıb. Tehran üçün regionda baş verən geosiyasi dəyişiklik “qırmızı xətt”dir. İranın bu mövqeyi hamı tərəfindən nəzərə alınır. Ərdoğanın bu dəhlizin açılmasında maneələr yaratması ilə bağlı bəyanatı da unun sübutudur.
İran bu sui-qəsd planının həyata keçirilməsinin qarşısını almağa hazırdır, bütün ssenarilər İranın masasındadır, bu, onun üçün qəbuledilməzdir, çünki onun təhlükəsizliyini təhdid edir.
Tehran diplomatik yolla tərəfləri bu ideyadan əl çəkməyə inandırmağa çalışır, lakin lazım gələrsə, Azərbaycanla sərhəddə keçirilən hərbi təlimlər zamanı olduğu kimi, hərbi siqnal göndərməyə hazırdır. Bu siqnaıdır ki, İran heç bir şəraitdə bu layihənin həyata keçirilməsinə icazə verməyəcək.
“İran həm regionun təhlükəsizliyinin təmin edilməsində, həm də Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturasının qurulmasında ciddi rol oynayır”, – Hoseyni vurğulayıb.
O qeyd edib ki, Ermənistan təhlükəsizlik məsələlərində, o cümlədən Qərb, Hindistan və İranla çoxvektorlu əməkdaşlıq yaratmağa çalışır. Tehran ilə əməkdaşlıq Ermənistana yaxşı dəstək yaradacaq.
“İran rəsmiləri dəfələrlə bəyan ediblər ki, Ermənistanın təhlükəsizliyi İranın təhlükəsizliyidir. Maraqlarımız üst-üstə düşür və biz bütün sahələrdə sıx əməkdaşlıq qurmalıyıq”, – o vurğuladı.
O, iqtisadi əlaqələrin inkişafına da əhəmiyyət verib.
“İran Syunikin inkişafında mühüm rol oynaya bilər, bu da təhlükəsizlik səviyyəsini yüksəldəcək”, – Hüseyni deyib.







