
Onlar İranı müharibəyə cəlb etməyə çalışırlar, Tehran isə bunu sui-qəsd kimi müşahidə edir və məsələləri diplomatik yolla həll etməyə çalışır, lakin yalnız Sünik deyil, Ermənistanın bütün sərhədi dəyişərsə, əks tədbirlər görməyə hazırdır. Bu barədə Ermənistan-İran əməkdaşlığı üzrə inkişaf fondun rəhbəri Puya Hosseyni müxbirlə söhbətində bildirib.
Onun sözlərinə görə, İran Cənubi Qafqazın İrana qarşı hərəkətlər üçün tramplinə çevirə biləcəyindən narahatdır.
O, İranın ilk növbədə İsrailin Azərbaycanda mövcudluğundan narahat olduğunu izah edib.
“İran Azərbaycanın istənilən mümkün təcavüzünü rədd edir və bildirir ki, tərəflər (Yerevan və Bakı) öz məsələlərini danışıqlar yolu ilə həll etməlidirlər. Regiondakı gərginlik təkcə Ermənistanın təhlükəsizliyinə qarşı deyil, həm də İrana qarşı yönəlib. Regionda üçüncü güclərin, o cümlədən AB müşahidəçilərinin Ermənistanda mövcudluğu ziddiyyətləri dərinləşdirir və region ölkələrinin maraqlarının toqquşmasına səbəb olur. Tehran bu müşahidəçilərin İranla bağlı məlumat toplaya biləcəyindən narahatdır və bu barədə Ermənistan tərəfinə hesabat verilib. Ermənistan isə öz növbəsində inandırıb ki, İran əleyhinə addımlar atmır. Amma İran Qərbə etibar etmir, – deyə ekspert qeyd edib.
O, vurğulayıb ki, İran movcud olan formatlardan yalnız “3+3” formatı ilə Ermənistanı dəstəkləyə bilər ki, bu da son görüşdən sonra səsləndirilmiş bəyanatdakı ermənipərəst məqamlarla sübut olunur, burada təcavüzdən çəkinməyin zəruriliyi barədə danışılır.
“İran Ermənistan-Azərbaycan danışıqlarında vasitəçi olmağa hazırdır”-deyə Hosseyni yekunlaşdırıb.







