
Böyük Britaniyanın Baş naziri Rişi Sunak 11-ci Qlobal Bakı Forumunun iştirakçılarına məktub göndərib və orada xüsusilə Azərbaycan və Ermənistan arasında münaqişəyə son qoymaq üçün tarixi fürsətin yarandığı bildirilir.
“İndi Ermənistanla münaqişəyə son qoymaq üçün tarixi fürsət yaranıb, ümid edirik ki, bu ilin noyabrında sülh müqaviləsi imzalanacaq”, – mesajda deyilir.







