BaşlıcaMədəniyyətSiyasət

ER Milli elmlər akdemiyasının Arxeologiya və etnoqrafiya institutu Artsaxın mədəni irsini təqdim edən platformanı işə salıb

ER Milli elmlər akdemiyasının Arxeologiya və etnoqrafiya institutu “Artsaxın mədəni irsinin daimi müşahidəsi” (https://monumentwatch.org/) üçdilli(erməni, inglis, rusiya) akademiya platformasını işə salıb. O, Artsaxın mədəni irsini dünyaya təqdim edir, onun hazırkı vəziyyətini izləyir, Azərbacyan vandalizminin halları qeyda alır. Məlumatların toplanması və hazırlaması ilə institutda yaradılmış “Artsaxın mədəni irsninin daimi müşahidəsi” qrupu və “Monument watch” komandası məşğul olur.

Platformanın əsas məqsədi Azərbaycana keçmiş Artsaxın daşınmaz mədəni irsinin, muzeylərin, mədəniyyət mərkəzlərinin xəritələşdirilməsi və inventarlaşdırılması, müharibədən əvvəlki vəziyyət, mövcud vəziyyətin monitorinqi və dəyişikliklərin təsdiqlənməsi (məhv edilməsi, dəyişdirilməsi, təkrar istifadəsi, heykəllərin, təsvirlərin, yazıların silinməsi və dəyişdirilməsi, yeni simvolların tətbiqi və s.), və bütün bunların beynəlxalq elmi və mədəni mühafizə ictimaiyyətinə təqdim edilməsidir.

“Platforma Artsaxın mədəni irsini, o cümlədən qədim yerlər, abidələr, mülki strukturlar, muzeylər, kolleksiyalar, ayrı-ayrı detallar qədim zamanlardan bu günə qədər xüsusi formatda hazırlanmış elmi məqalələr şəklində təqdim edir. Xəbərdarlıq şöbəsinin məqalələrində Azərbaycanın  ekspropriasiya siyasəti və konkret hallar təqdim olunur, onlara mədəniyyətin mühafizəsi üzrə beynəlxalq konvensiyalar işığında qiymət verilir” – deyə elmi qrupun rəhbəri, tarix elmləri doktoru, professor Hamlet Petrosyan bildirir.

O, qeyd edib ki,platformadan başqa “Artsaxın tarixi-mədəni irsinin öyrənilməsi” qrupu və “Monument watch” komandasının tədqiqatları beynalxalq səviyyədə tanınmış jurnal və dərsliklərdə (Electrum, Patrimoines, Gruyter, Brill) dərc olunub.

“Komandanın mədəni irsin tədqiqi, xəbərdarlığı və saxlanılması sahəsində tədqiqat işi beynəlxalq konvensiyalara, nəzəri və metodoloji yanaşma və təcrübələrə əsaslanır. Onlar erməni reallığında innovativ, balanslı və qərəzsizdirlər ki, bu da nəticələrin istifadəsinin yüksək səviyyəsini müəyyən edir.

Komanda ER Təhlükəsizlik Şurasına, ER Xarici İşlər nazirliyinə, ER Təhsil, elm, mədəniyyət və idman nazirliyinə və ER Apostol Kilsəsinə müvafiq nəzəri, praktiki və informasiya dəstəyi verir” – deyə professor Hamlet Petrosyan bildirib.

Onun sözlərinə görə, beynəlxalq və erməni mədəni mühafizə strukturları, kütləvi informasiya vasitələri tez-tez “Monument watch”nun materiallarından neytral elmi nəticə və vəziyyətlərin qərəzsiz sənədləşdirilməsi kimi istifadə edirlər. “Nəticələr Avropa Şurasına, Avropa Şurasının Yerevandakı ofisinə, ABŞ-ın Ermənistandakı səfirliyinə təqdim edilib. Komanda arenada bir sıra təşkilatlar və qruplarla, o cümlədən “Caucasus Heritage Watch”, Erməni memarlığının öyrənilməsi fondu, “Save Armenian Monuments”la əməkdaşlıq edir” – deyə professor Hamlet Petrosyan qeyd edib.

Platformanın yaradılmasına ER Təhsil, elm, mədəniyyət və idman nazirliyi,  Ford fondu, Gülbenkyan fondu, Erməni ümumi xeyriyyə birliyi və fərdi sponsorlar dəstək verib.

Daha çox göstər
Back to top button