
Böyük Britaniyanın Vergi və gömrük rüsumları üzrə baş idarəsi 2023-cü ildə Azərabycana bu ölkədən 273 milyon funt sterlinq ümumi məbləği ilə avtomobil idxalı barədə məlumatları dərc edib. Bu münasibətlə Britaniyanın SkyNews internet resursu təhlil material dərc edib ki, onun müəllifi adambaşına düşən ÜDM-i ildə 1000 dollardan az olan ölkənin hər biri 100 min funt sterlinq dəyərində olan bahalı Britaniya avtomobillərinin ixracatçısına çevrilə biləcəyinə şübhə edir.
Analitik bu əsasda şübhələnir ki, Azərbaycan həmin avtomobilləri topdansatış bazarından alır, sonra isə Böyük Britaniyanın sanksiya məhdudiyyətləri tətbiq etdiyi Rusiyaya yenidən satır.
London məhkəməsinin qərarı ilə əmlakına həbs qoyulan Milli Məclisin deputatı Feyziyevin qalmaqallı ifşasından sonra Azərbaycanın Rusiya ilə qeyri-qanuni sövdələşmədə bilavasitə şübhələndiyi bu jurnalist araşdırması Londonla Bakının münasibətlərində ciddi problemlərin olduğunu sübut edir.







