
“Qardman-Şirvan-Naxicevan” üumumerməni birliyi Qazaxıstan prezidentinin bəyanatına toxunaraq, bu ölkənin Azərbaycan rejiminin törətdiyi bütün cinayətlərə susqun saziş möhürü vurulan mövqeyini qətiyyətlə mühakimə edib
Üumumerməni birliyin bəyanatında qeyd olunub ki, “Bu günlərdə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev tərəfindən səsləndirilmiş son dərəcə qərəzli bəyanatlar böyük məyusluq yaradır. Qazaxıstan prezidenti öz xalqı adından Azərbaycanın hərbi uğurları ilə bağlı böyük ruh yüksəkliyi ifadə edib. Belə çıxır ki, Qazaxıstan prezidenti Azərbaycanın hərbi təcavüzünü tərifləməklə Azərbaycan rejiminin törətdiyi bütün cinayətlərə özü və xalqı adından səssiz razılıq möhürü vurur.
2020-2023 və bundan sonra Azərbaycanın “qalib” salnaməsi insanlığa qarşı törədilmiş saysız-hesabsız cinayətlər silsiləsidən başqa bir şey deyil. Azərbaycan dövlət səviyyəsində dəfələrlə öz döyüşkənliyini və danışıqlardan davamlı imtina etmək meyllərini etiraf edib ki, bu da həqiqətən böyük faciələrlə doludur.
Bu o deməkdir ki, Qazaxıstan da dünyada problemlərin güc tətbiqi ilə həlli üsullarını dəstəkləyir, humanitar fəlakətlərin törədilməsi və etnik təmizləmələrin həyata keçirilməsini dəstəkləyir, deməli, Qazaxıstan da Dağlıq Qarabağda erməni dini-milli mədəni irsinin kinli şəkildə məhv edilməsi faktında göz yummağa hazırdır. Bu açıq-aydın şəriklikdən başqa bir şey deyil.
Əgər Qazaxıstan prezidenti həqiqətən də ədalətin bərpasının vicdanlı motivlərini rəhbər tutsaydı, o, Azərbaycan prezidentindən həm Dağlıq Qarabağ, həm də tarixi Qardman, Şirvan və Naxicevanın məcburi köçürülmüş ermənilərinin ayrılmaz hüquqlarının bərpası istiqamətində təcili addımlar atmağı tələb edərdi.
“Qardman-Şirvan-Naxicevan” ümumerməni birliyi Qazaxıstanın bu cür mövqeyini qətiyyətlə mühakimə edir. Rejimlər gəlir və gedirlər, amma bütün dövlət adından səsləndirilən düşünülməmiş ifadələr onilliklərlə formalaşmış dostluq münasibətlərinə kölgə salmağa davam edərək qalırlar.
Biz gələcək fəlakətlərə səbəb ola biləcək bu cinayətkar yanaşmanın nəzərdən keçirilməsini tələb edirik və öz xalqının özünüifadəsini tamamilə məhv etməklə özünü qurmuş və fəlakətli əxlaqları hətta bölgədən kənara da ixrac etmək üçün səy göstərən bir rejimi razı salmağa çalışmamağa çağırırıq”.







