
Martın 13-də Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononu qəbul edib. Bu barədə parlamentdən məlumat verilib.
Görüşdə ABŞ-ın ER-da olan Fövqəladə və səlahiyyətli səfiri Kristina Kvin iştirak edib.
Söhbət zamanı Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesi ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər regional təhlükəsizlik və sabitlik məsələlərini müzakirə ediblər.







