BaşlıcaSiyasət

ABŞ tərəfindən Azərbaycanda layihələrin maliyyələşdirilməsi azaldılır

Bayden administrasiyası xarici siyasət prioritetlərini açıqladı və bunları Dövlət Departamentinin rəsmisi jurnalistlərə təqdim etdi.

“ABŞ hökuməti hər iki ölkə üçün prioritet olan bəzi əsas sahələrdə Azərbaycanla əməkdaşlıq edir”, – deyə dövlət katibinin müavini Riç Verma bildirib.

“Azərbaycan üçün 2025-ci maliyyə ili üzrə sorğuya inklüziv iqtisadi artıma və ticarətin genişləndirilməsinə dəstək, ingilis dilinin tədrisi imkanları, vətəndaş cəmiyyəti və müstəqil KİV, həmçinin insan hüquqlarını müdafiə edən təşkilatlara dəstək, regionda dialoq və etimad quruculuğu tədbirləri daxildir”, -Verma vurğulayıb.

Administrasiya Azərbaycan üçün 12,5 milyon dollara yaxın ikitərəfli yardım istəyib, bu da ötən illə müqayisədə 2 milyon dollar azdır. Bu, nüvənin yayılmaması, terrorizmə qarşı mübarizə və minalardan təmizləmə proqramlarının daxil edilməməsilə əlaqədardır.

Maliyyənin azaldılmasının 907-ci düzəlişlə əlaqəli olub-olmaması barədə suala ABŞ dövlət katibinin müavini dəqiq cavab verməyib. Eyni zamanda təsdiqləyib ki, 907-ci düzəlişlə bağlı məhdudiyyətlər qüvvədə qalır.

Daha çox göstər
Back to top button