Başlıcaİctimaiyyətİdman

Mayın əvvəlində Yerevan Avropa futbolunun paytaxtına çevriləcək: Futzal üzrə UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin püşkatması keçirilib

Bu günlərdə keçirilmiş püşkatmanın nəticələrinə əsasən, Mayın 3-də Yerevanda İspaniyanın “Barselona”sı və Portuqaliyanın “Sportinq” klubları oynayacaq. Bu barədə ER baş nazirinin iş heyətinin rəhbəri Araik Harutyunyan öz “Facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Karen Dəmirçyan adına idman-konsert kompleksində futzal üzrə UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin püşkatması keçirilib. Mayın 3-də Yerevanda İspaniyanın “Barselona”sı və Portuqaliyanın “Sportinq”, digər mərhələdə isə Portuqaliyanın “Benfika”sı və İspaniyanın “Mayorka” klubları qarşılaşacaq. Final və üçüncü yer uğrunda oyun Mayın 5-də keçiriləcək” – deyə Arayik Harutyunyan yazıb və bunun tarixi hadisə olduğunu və Yerevanın Mayın əvvəlində Avropa futbolunun paytaxtı olacağını vurğulayıb.

Daha çox göstər
Back to top button