BaşlıcaSiyasət

Ermənistan AB ilə yeni əməkdaşlıq sənədi imzalayacaq

Ermənistan Avropa Birliyi ilə iyul ayına qədər imzalanması planlaşdırılan yeni əməkdaşlıq sənədi hazırlayır. Aldığımız məlumata görə, bu haqda  Xarici işlər nazirinin müavini Paruyr Hohanisyan parlamentin Avropa ilə inteqrasiya üzrə daimi komissiyasının iclasında bildirib.

“Ermənistan-Avropa Birliyi Hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq sazişi tam icra olunarsa, biz həqiqətən də AB üzvlüyünə namizəd ölkə statusuna malik olacağıq.

Bundan əlavə, ötən ilin noyabrında keçirilən faktaraşdırıcı missiyanın nəticəsi olaraq ortaya çıxan yeni əməkdaşlıq istiqamətləri və yeni proqramlar hazırlanır.

İndi bu iki proses və siyasi yaxınlaşmamızın ifadəsi ilə birlikdə yeni sənəd hazırlanır, Ermənistan-Avropa Birliyi Tərəfdaşlıq Şurasında və digər iş səviyyələrində onunla bağlı müəyyən məsələlər müzakirə olunacaq. Biz may ayında yeni layihə alacağımızı gözləyirik, yəqin ki, iyul ayına kimi qəbul edilməlidir” – deyərək Hovhanisyan bildirib.

Daha çox göstər
Back to top button