Gürcüstan erməni və azəri dilli tələbələr üçün güzəştli ali təhsil layihəsini genişləndirib

Təhsil nazirliyi bildirir ki, Gürcüstanın hakimiyyəti erməni və azəri dilli tələbələr üçün dövlət dilinin tədrisini nəzərdə tutan maliyyələşdirmə proqramını genişləndirir.
“Новости-Грузия” yazır ki, 2024-2025-ci tədris ilindən bəri Gürcüstan vətəndaşı olan 400 tələbə “1+4” layihəsi çərçivəsində maliyyələşdiriləcək, onlardan 200-nün ana dili erməni, 200 nəfərin isə Azərbaycan dilidir. İndiyədək proqrama hər il 100 erməni və 100 azərbaycanlı tələbə qəbul olunub.
“Qeyd etmək lazımdır ki, erməni və azərbaycan dili imtahanlarının nəticələrinə əsasən “1+4” proqramına daxil olan tələbələr üçün qrant 450-450 min lari təşkil edəcək. Maliyyələşdirmənin həcmi ildən-ilə artacaq” – deyə Təhsil nazirliyindən bildirilib.
Gürcüstanda milli azlıqların nümayəndələri üçün “1+4” proqramı 2010-cu ildən həyata keçirilir. Bu, abituriyentlərə öz ana dilində, o cümlədən erməni, azərbaycan, osetin və abxaz dillərində ümumi biliyə imtahan verdikdən sonra Gürcüstan ali təhsil müəssisələrinə qəbul olmaq imkanı verir. Qeyri-gürcü dilli tələbələr keçid balı aldıqları halda Gürcüstanın dövlət universitetlərində bir il gürcü dilini öyrənirlər. Lazımi balları toplayaraq təhsillərini istənilən fakültədə davam etdirə bilərlər.
Dövlət həm gürcü ilkin hazırlıq kursunu, həm də bakalavrı maliyyələşdirir.







