
Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan Türkiyənin Xarici işlər naziri Hakan Fidan ilə görüşündə üçüncü ölkə vətəndaşları və diplomatik pasportu olan şəxslər üçün Türkiyə ilə sərhədin açılmasına dair razılaşmanı bir daha təsdiq ediblər.
Bu haqda Mirzoyan parlamentin Xarici Əlaqələr Komitəsinin iclasında Ermənistan Respublikası hökumətinin 2023-cü il proqramının (2021-2026-cı illər) icrası prosesi və nəticələrinə dair hesabata baxış zamanı qeyd edib.
Mirzoyan xatırladıb ki, üçüncü ölkə vətəndaşları və diplomatik pasportu olan şəxslər üçün Ermənistan-Türkiyə sərhədinin açılması ilə bağlı razılıq qismən əldə olunubdur
Tarixi Ani körpüsünün birgə təmiri barədə də razılıq əldə olunub. “İndi Ani körpüsünün özü ilə bağlı konkret protokollar mübadiləsi aparılır ki, biz bu işin mümkün qədər optimal şəkildə necə təşkil oluna biləcəyini görə bilək.
Təəssüf ki, başqa bir tənzimləmə, qismən açılış hələ də həyata keçirilməyib. Baxmayaraq ki, mənim yeni nazirlə razılaşmanı bir daha təsdiqləmək imkanım olub” – deyə nazir bildirib.
Mirzoyan xatırladıb ki, Antalya Diplomatik Forumunda iştirak çərçivəsində Türkiyə mətbuatına müsahibələr verib. “Bizim üçün təkcə Türkiyə tərəfinin rəsmiləri ilə deyil, Türkiyə cəmiyyəti ilə də danışmaq və təqdim etmək vacibdir.
Biz görürük ki, Türkiyə cəmiyyətində tez-tez Ermənistan və Ermənistanın yürütdüyü siyasətlə bağlı reallığa heç uyğun gəlməyən fikirlər olur.
Və bizim mövqelərimizi və təmsilçilərimizi, o cümlədən Ermənistan-Azərbaycan danışıqları ilə bağlı türk tərəfdaşlarına, eləcə də ictimaiyyətə təqdim etmək vacibdir ki, başa düşülsün”- deyərək o, qeyd edib.







