BaşlıcaSiyasət

NATO-nun Baş katibi martın 19-da Ermənistana səfər edəcək

NATO-nun Baş katibi Yens Stoltenberq martın 19-da Ermənistana səfər edəcək. Alınan məlumata görə, buhaqda  alyansın mətbuat xidmətindən məlumatlandırılıb.

“Martın 19-da cənab Stoltenberq Yerevana gələcək, burada Ermənistan Prezidenti cənab Vahaqn Xaçaturyan və Baş nazir Nikol Paşinyanla görüşlər keçirəcəkdir” – deyərək məlumatda bildirilir.

Regional səfəri çərçivəsində Stoltenberq martın 18-də Azərbaycana gedəcək, orada Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov və Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənovla danışıqlar aparacaqdır.

NATO-nun Baş katibi həmin gün Tbilisiyə yola düşəcək. Orada o, Gürcüstan Prezidenti Salome Zurabişvili və Baş nazir İrakli Kobaxidze ilə görüşəcəkdir.

Daha çox göstər
Back to top button