BaşlıcaSiyasət

Ümid edirik ki, Azərbaycan və Ermənistan arasında davamlı sülh əldə oluna bilər: Stoltenberq

Biz tərəflər arasında sülh prosesini təşviq edirik və Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə olunmasına ümid edirik. Bunu NATO-nun baş katibi Yens Stoltenberq Bakıya səfəri zamanı bildirdi.

Azərbaycan KİV-nin məlumatına görə, Stoltenberq qeyd edib ki, Cənubi Qafqazda sülh “region sakinləri, Qara dəniz regionu və ümumilikdə transatlantik təhlükəsizlik üçün önəmlidir”.

NATO baş katibinin sözlərinə görə, region üçün sülh və sabitlik vacibdir.

“Biz tərəflər arasında sülh prosesini təşviq edirik və ümid edirik ki, Azərbaycan və Ermənistan arasında davamlı sülhə nail olacağıq”.

Daha çox göstər
Back to top button