BaşlıcaSiyasət

Xİ naziri sülh danışıqları, sərhədin demarkasiyası və Tavuş kəndləri barədə

Biz sülh sazişinin bəzi maddələri ətrafında  irəliləyişə nail ola bilmişik. Lakin məsələlərdə nəzərəçarpacaq nəticələr yoxdur”-deyə Ermənistanın Xarici işlər naziri parlamentdə hökumətin 2023-cü il planının icrasının gedişatı və nəticələri haqdaXarici əlaqələr üzrə komitəsində hesabatı təqdim edərkən bildirib.

Ermənistan-Azərbaycan nizamlanması prosesindən danışan Ararat Mirzoyan qeyd edib ki, Ermənistan və Azərbaycanın qarşılıqlı razılaşmaya çox yaxın olduqları 1991-ci il sərhədlərinin qarşılıqlı tanınması məsələsi var.

Parlamentdə Xarici işlər nazirinin 2023-cü il hesabatını bir saatdan çox dinləyən müxalifət deputatları parlamentdə təsdiqlənən planla real həyat arasındakı fərqə işarə ediblər.

Məsələn, “Hayastan” fraksiyasının üzvü Kristine Vardanyan yazır:

“Əgər hər şey bu qədər yaxşıdırsa, bəs nədən hər şey bu qədər pisdir?” Biz elə vəziyyətdəyik ki, kəndlərin Tavuşdan köçürülməsi məsələsini müzakirə edirik”.

Ararat Mirzoyan müxalifətin hər şeyi qara rəngdə göstərməsini anlaşılan, lakin qəbuledilməz hesab edir. Onun sözlərinə görə, qiymətləndirmələr və təsbitlər edilir, onlardan suallar yaranır, lakin deyilənlər reallığa uyğun gəlmir-deyərək  Xarici işlər naziri Ararat Mirzoyan vurğulayır.

“Kimsə biri Tavuş bölgəsindən kəndləri başqa ölkəyə köçürə bilməz. Bu aksiomatik həqiqətdir. Ona görə də biz Tavuş bölgəsindən kəndlərin təhvil verilməsi ilə bağlı danışıqlar aparmırıq”.

Hər hansısa biri deməyib ki, hər şey yaxşıdır. Ümumiyyətlə, hər şey yaxşı deyil, Mirzoyan ER -nın ontoloji problemlərlə üzləşdiyini və belə şəraitdə heç bir şeyin çəhrayı ola bilməyəcəyini vurğulayaraq davam edir”.

“Bu problemlərin aradan qaldırılması, mümkünsə qarşısının alınması naminə görülən işləri təqdim etməyə çalışdım”.

Mirzoyan bundan öncə görülən işləri ətraflı təsvir etdi. 2023-cü ilin ilk günündən bizdə çox konkret vəziyyət yarandı, Laçın dəhlizinin qeyri-qanuni blokadasıoldu.

Xİ naziri dedi  ki, məhz ilk gündən  beynəlxalq cəlbediciliyitəmin etməkçün səylərini problem barədə   səsləndirməyə istiqamətləndirib.Məqsəd, qeyri-qanuni bloklamanın aradan qaldırılması idi.

 “Bu istiqamətdə təbii ki, həm ikitərəfli, həm ölkələrlə, həm də beynəlxalq strukturlarla, ilk növbədə, baş katibdən başlayaraq BMT ilə təmaslarda mümkün təsir ehtimallarıyla xeyli iş görülüb”.

Dağlıq Qarabağdan olan məcburi köçkünlərə dəstək məsələsinə gəlincə, Mirzoyan bildirib ki, beynəlxalq ictimaiyyət ilk yardımın göstərilməsi üçün maliyyə dəstəyi şəklində əhəmiyyətli dərəcədə  iştirak edib.

“Hazırda vəd olunan pulların hamısı yığılmayıb, lakin bu istiqamətdə görülən səylərə və görülən işlərə əsasən Baş nazir müavininin aparatı nəzarət edir.

Humanitar məsələlər kontekstində Ararat Mirzoyan xatırladıb ki, 2023-cü il dekabrın 7-də Ermənistan və Azərbaycanın rəhbərlik qərargahları arasında birgə bəyanat olub, nəticədə 32 erməni və 2 azərbaycanlı hərbi əsir azadlığa buraxılıb.

“Hal-hazırda  Bakı həbsxanasında 23 nəfər saxlanılır, onların azadlığa buraxılması istiqamətində işlər davam etdirilir.

Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması və sülh müqaviləsi kontekstində Ermənistanın Xarici işlər naziri il ərzində baş tutan görüşləri sadalayır və sonra yekunlaşdırır.

“Şübhəsiz ki, biz müqavilə layihəsinin bəzi maddələri üzrə irəliləyişə nail ola bilmişik, lakin fundamental məsələlərdə hələ ki, nəzərəçarpacaq nəticə yoxdur. Biz hələ danışıqlar aparmaqdayıq”.

Mirzoyan əlavə edir ki,söz  Ermənistan üçün fundamental məsələlərdən gedir.O, nəzərə alır ki, Azərbaycan prezidenti Qranadadan başlayaraq bir sıra görüşlərdən imtina etdiyi andan Xarici işlər nazirlərinin görüşləri də dayanıb. Lakin 2024-cü ildə xarici işlər nazirləri səviyyəsində görüşlər Münhendə, daha sonra Berlində bərpa olunub.

Ermənistan-Azərbaycan nizamlanması prosesinə toxunan Mirzoyan vurğuladı ki, Ermənistan açıq şəkildə beynəlxalq tranzitin bir hissəsi olmaq istəyir və onun infrastrukturu üzərində suverenliyi  heç bir şəkildə məhdudlaşdırıla bilməz.

Bu, il ən mühüm olmasa da, əsas istiqamətlərdən biri olub, deyən Mirzoyan Ermənistanın regionda uzunmüddətli, sabit sülhün bərqərar olunması istiqamətində konstruktiv səylərinin eyni intensivliklə davam etdirildiyini bildirib.

 Və məqsəd eyniylə qaldı. Xarici işlər naziri Ermənistanın sülh danışıqları zamanı hansı prinsipləri rəhbər tutduğunu bir daha xatırladıb.

Biz açıq şəkildə beynəlxalq tranzitin bir hissəsi olmaq istəyirik, əlbəttə ki, infrastrukturlarımız üzərində suverenliyimiz heç bir şəkildə məhdudlaşdırıla bilməz, onlar bizim yurisdiksiyamızda olmalıdır.

 Bu tranziti təşviq etmək üçün göstərməyə hazır olduğumuz yardım digər qonşu ölkələr tərəfindən həmçinin ötürülməlidir.

Xarici işlər naziri Ermənistanın təklif etdiyi “Sülh kəsişməsi” proqramını xatırladıb. Əminəm ki, bu, bütün tərəflərə fayda verəcək və həyata keçiriləcəyi təqdirdə, sülhün təşviqində mühüm amil olacaqdır”- deyə Mirzoyan qeyd edib.

Daha çox göstər
Back to top button