BaşlıcaSiyasət

Ermənistanın Cənubi Qafqazda sabit sülhə nail olmaq üçün aydın mövqeyi var: Prezident

ER Prezidenti Vahagn Xaçaturyan martın 20-də qeyd olunan Beynəlxalq Frankofoniya Günü ərəfəsində fransız yazıçısı, səyyahı, jurnalist Silven Tessonu, “LE FIGARO MAGAZINE” jurnalının direktor müavini Jan-Kristof Buissonu, fransalı erməni violonçel ifaçısı Astğik Siranosyanı və səyyah, fotoqraf Antuan Aqucyanı qəbul edib.

Respublika Prezidenti qonaqları salamlayaraq Ermənistanda və regionda baş verən hadisələrin reallığının dünya ictimaiyyətinə çatdırılmasında mühüm töhfələrinə görə onlara təşəkkür etdi və Ermənistanın bu fəaliyyəti yüksək qiymətləndirdiyini vurğuladı.

Görüşdə qonaqlar son regional hadisələr və Ermənistanın onlara yanaşmaları barədə fikir mübadiləsi aparıblar. Bu kontekstdə Respublika Prezidenti vurğuladı ki, Ermənistan Cənubi Qafqazda sabit və davamlı sülhə nail olmaq, bütün qonşu dövlətlərlə qonşuluq münasibətləri qurmaq üçün aydın mövqeyə malikdir.

Söhbət zamanı Ermənistan-Azərbaycan münasibətlərinin hazırkı mərhələsi və sülh prosesindəki reallıqlar və problemlər, onların aradan qaldırılması yolları müzakirə edilib.

Görüşdə, həmçinin Dağlıq Qarabağda erməni tarixi-mədəni irsini təhdid edən çağırışlar, onun mümkün məhv edilməsi təhlükəsi müzakirə edilib, Dağlıq Qarabağ əhalisinin geri qaytarılması imkanları barədə fikir mübadiləsi aparılıb.

Daha çox göstər
Back to top button