BaşlıcaSiyasət

Azərbaycan erməniləri təcavüzkar olmaqda nə qədər ittiham etməyə çalışsa da, beynalxalq qurumların faktları başqa reallıq barədə danışırlar: “Geğard” fondu

Azərbaycan erməniləri təcavüzkar və islamafob olmaqda nə qədər ittiham etməyə çalışsa da, beynalxalq qurumların təsbit etdiyi faktlar başqa reallıq barədə danışırlar. Bu barədə “Geğard” elmi analitik fondu bəyanat yayıb.

“Azərbaycan Respublikası özünün soyqırım, erməni nifrət siyasətini ört-basdır etmək üçün yalan iddialarla Ermənistanı və erməniləri beynəlxalq ictimaiyyətin gözündə təcavüzkar, qəddar və ksenofob kimi təqdim etməyə çalışır.

Bakı hakimiyyətinin təbliğatçısı, özünü siyasi fəal kimi təqdim edən Pərvanə Vəliyeva bu günlərdə BMT İnsan hüquqları şurasının 55-ci iclası çərçivəsində keçirilən Ümumdünya İslamafobiyaya qarşı mübarizə gününə həsr olunmuş tədbirdə “1987-1991-ci illərdə Ermənistandan 300 min azərbaycanlının zorla deportasiyası”, “islam mədəni irsinin dağıdılması” barədə danışarkan Ermənistanı islamofobiyada ittiham edib.

Xatırlatmaq lazımdır ki, azərbaycanlılar Sovet Ermənistanını könüllü olaraq və zorakılığa məruz qalmadan, hətta öz mülkləri və var-dövlətlərini maneəsiz sataraq tərk ediblər. Sumqayıtda, Bakıda, Qandzakda və başqa yerlərdə fəlakətdən çətinliklə xilas olmuş 500 min erməni haqqında eyni sözləri demək olmaz.

Gülməlidir, amma Bakı Ermənistanı və erməniləri islamofobiyada da ittiham edir. Və bu, məhz o halda ki, xristian ermənilər başqa dinlərin, o cümlədən islam dininin ardıcılları ilə həmrəylik nümayiş etdirərək onların mənəvi ziyarətgahlarını abadlaşdırırlar, İslam Azərbaycanında isə bunun tam əksi baş verir. Azərbaycanda nəinki məscidlər sökülür, həm də dindarlar ciddi məhdudiyyətlər və təzyiqlərə məruz qalırlar. Azərbaycanda əslində yüzlərlə dindar məhbus var. Bakı hətta öz xalqına qarşı xüsusi əməliyyat keçirməkdən çəkinməyib. 2015-ci ildə Nardaran şiə dindarlarının qəsəbəsində qətl və həbslərlə həyata keçirilmiş xüsusi əməliyyat Bakının islam və onun ardıcılları ilə necə davrandığını göstərir ki, onlara qarşı təzyiqləri bu günə qədər davam edir.

İslam həmrəyliyi bayrağı altında çıxış edən Əliyev rejimi İsrailin Qəzza hissəsində davam edən və on minlərlə dinc sakinin ölümünə səbəb olan hərbi əməliyyatı ilə bağlı öz mövqeyi bildirməkdən aylarla yayınıb.

Azərbaycan nə qədər erməniləri təcavüzkar və islamofobiyada ittiham etməyə çalışsa da, beynəlxalq strukturlar tərəfindən təsdiqlənən faktlar Bakıda israrla gizlətməyə çalışdıqları başqa bir reallıqdan danışır” – deyə fondun məlumatında bildirilir.

Daha çox göstər
Back to top button