
Artsax xalqının əsas hüquqlarının müdafiəsi komissiyası Avropa Parlamentinin 2024-cü ilin Martın 22-də qətnaməsinin 14-cü bəndində təqdim edilən, Artsax ermənilərinin beynalxalq mövcudluğu altında vətəninə qayıtmaq hüququnu birmənalı şəkildə təsdiqlənən təşəbüssü alqışlayır.
Komissiyanın bununla bağlı yaydığı bəyanatda həmçinin deyilir: “Parlamentin qəti müraciətində vurğulanır ki, Artsax ermənilərinin təhlükəsizliyi və təminatı beynəlxalq iştirak və müdafiə olmadan təmin edilə bilməz. Qətnamədə elan edilmiş ifadəyə və Beynəlxalq Ədalət məhkəməsinin qərarlarına uyğun olaraq, komissiya beynəlxalq mühafizə altında və Artsax ermənilərinin öz müqəddəratını təyinetmə hüququna hörmət etməklə təhlükəsiz və ləyaqətlə öz vətəninə qayıtmasını təmin edən beynəlxalq mandatla prosesdə iştirak etməyə hazırdır.
Artsax ermənilərinin beynalxalq müdafiə altında öz vətəninə qayıtmaq hüququ danışıqlar mövqeyi yox, insan hüquqları və beynalxalq hüququn fundamental prinspilərinə əsaslanan mandatdır.
Azərbaycanın qətnaməyə destruktiv reaksiyasının əksinə olaraq, parlamentin bu məsələnin həllinə cəlb olunması ədalətli və alqışlanmaqla yanaşı, həm də mühüm və çəkisi olandır. Avropa Parlamentinin bu məsələdə mövqeyi Artsax ermənilərinin öz doğma torpaqlarına təhlükəsiz və ləyaqətlə qayıtmasının təmin edilməsində, eləcə də hazırda hər gün məhvə və murdarlanmaya məruz qalan erməni dini-mədəni irsinin qorunmasında beynəlxalq nəzarətin əvəzolunmaz rolunu vurğulayır.
Artsax xalqının fundamental hüquqlarının müdafiəsi üzrə dərhal beynalxalq mexanizm və formatın yaradılması son dərəcə vacibdir. Biz üzv dövlətləri və beynalxalq təşkilatları əsas hüquqların davamlı məhrumiyyətlərin aradan qaldırılması və Artsaxın yerli əhalisinin son məhvinin qarşısını almaq üçün fəal işləməyə çağırırıq və AB strukturlarını, o cümlədən AB icra hakimiyyətini AB qətnaməsində edilən mühüm çağırışları həyata keçirmək istiqamətində təcili addımlar atmağa çağırırıq. Məcburi köçürülmə münaqişənin həlli üsulu kimi qanuniləşdirilə bilməz. Vəziyyətin ciddiliyini dərk etmək və sülh və ədaləti təmin etməyə yönəlmiş beynəlxalq səylərlə əməkdaşlıq real barışıq və davamlı sülhün yeganə yoludur.
Bizi “Telegram”da da izləyin. ➤ “Telegram” kanalımız: https://t.me/ermenistanradio







