
“Birgə” alternativ ictimai-siyasi hərəkatı ER hökumətindən və beynəlxalq məhkəmələrdən Bakı həbsxanalarında misli görünməmiş əziyyətlər çəkən erməni hərbi əsirlərin öz vətənlərinə qaytarılması üçün bütün hüquqi və siyasi tədbirləri görməyi tələb edir.
Hərəkatın ER müvafiq orqanlarına ünvanlanmış müraciətində həmçinin deyilir ki, “Erməni hüquq müdafiəçilərinə görə, hazırda Azərabaycanda onlarla erməni azadlıqdan qnunsuz məhrum edilib, onların arasında 30 il ərzində Azərbaycanın soyqırımı işğalına qarşı Artsax ermənilərinin milli azadlıq mübarizəsinə rəhbərlik etmiş Artsax Respublikasının keçmiş rəhbərləri də var.
2023-cü il Ssentyabrın 19-da beynəlxalq cinayətkar Əliyev rejimi tərəfindən təşkil edilən soyqırım hücumundan sonra Artsax tamamilə ermənilərdən boşaldıldı, onlar Azərbaycanın anti-erməni siyasətinin qurbanı və hədəfinə çevriblər. Onlara qeyri-qanuni silahlı birləşmələr yaratmaqdan tutmuş terrorizmə qədər ciddi ittihamlar irəli sürüblər.
Hələ 2021-ci ilin Mayında Avropa Parlamenti 607 səs lehinə 27 səs əlehinə nisbəti ilə rəsmi Bakını Azərbaycanda saxlanılan bütün erməni hərbi əsirləri heç bir şərt olmadan azad etməyə çağıran qətnamə qəbul edib. Martın 19-da Avropa Parlamentində “Azərbaycandakı erməni hərbi əsirləri” adlı konfrans keçirilib. Lakin qəbul edilmiş qətnamə və səsləndirilən qiymətlərin ardınca təsirli sanksiyalar tətbiq olunmur, qətnamələr isə yalnız xoş niyyətin şifahi ifadəsi olaraq qalır. Bundan daha çox cəzasızlığa çevrilən Əliyev milli-azadlıq mübarizəsi aparan Artsax ermənilərini öz zorakılıqla məhv etmək planını yeni qüvvə ilə davam etdirir ki, onun növbəti mərhələsi Ermənistan Respublikasının ərazilərinin işğalı və onu regionda “Qərbi Azərbaycan”a çevrilməkdir.
Martın 28-də Azərbaycanın AzTV-də Artsax Respublikasının keçmiş prezidenti Arayik Arutyunyan və general Levon Mnatsakanyanın beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozan müsahibələri yayımlanacaq. Onlar həbsdədirlər və hərbi əsir statusuna malikdirlər. Bütün erməni xalqını qorxutmaq və alçaltmaq məqsədilə soyqırım aparan düşməninin əlinə düşən insanların müsahibələrindən siyasi alver vasitəsi kimi istifadə etmək qəbuledilməzdir. Bu, bütöv bir xalqa qarşı hibrid müharibə vasitəsidir. Həbsxanada olan şəxsləri alçaltmaq, birbaşa, sonra isə psixoloji işgəncələrə məruz qoymaq yolverilməzdir. Bakı Cenevrə Konvensiyalarını pozub, orada açıq şəkildə qeyd olunub ki, hərbi əsirlər ictimai maraq obyektinə çevrilməməlidir.
“Birgə” alternativ ictimai-siyasi hərəkatı erməni xalqının kollektiv iradəsini ifadə edərək, ER hakimiyyətindən girov və əsir düşmüş soydaşlarımızın dərhal azad edilməsi üçün əməli, qətiyyətli addımlar atmağı tələb edir.
Əmin edirik ki, biz əsirlərimizin qaytarılması hüququ uğrunda գeri çəkilmədən mübarizə aparacağıq, vətəndaşlarımızın alçaldılması bahasına Ermənistanın yeni ərazi güzəştləri və suverenliyinin itirilməsinə yol verməyəcəyik.
Bizi “Telegram”da da izləyin. ➤ “Telegram” kanalımız: https://t.me/ermenistanradio







