
Azərbaycanlılar Ukrayna tərəfində, o cümlədən Gürcüstan legionunun tərkibində olan Azərbaycan vətəndaşları Rusiyaya qarşı döyüşürlər. Bu barədə Azərbaycan Sülh və demokratiya institutunun münaqişəşünaslıq və miqrasiya şöbəsinin müdiri, tarixçi Arif Yunusov “Cənubi Qafqaz: Ukrayna müharibəsi kontekstində tendensiyalar və perspektivlər” mövzusu ilə müzakirə ərzində bildirib.
“Azərbaycan Türkiyə və Moldova ilə razılaşaraq Kiyevə bayraktarlar və digər silahlar da tədarük edib. İndiyədək Ukrayna tərəfində gedən döyüşlərdə 150 azərbaycanlı həlak olub, daha 70 nəfər itkin düşmüş hesab olunur”-deyə o, bildirib.
Onun sözlərinə görə, Azərbaycan erməni tərəfi ilə müharibə zamanı Bakıya silah tədəarük etmiş Ukraynanı dəstəkləyir.
“Bütün bunlarla bağlı Azərbaycanda ciddi anti-Rusiya əhval-ruhiyyəsi var. “Azərbaycan da öz növbəsində Rusiya-Ukrayna müharibəsi zamanı Kiyevi dəstəkləyib” – deyə Yunusov vurğulayıb.
Bizi “Telegram”da da izləyin. ➤ “Telegram” kanalımız: https://t.me/ermenistanradio







