Başlıcaİctimaiyyət

ABŞ senatorları qanunsuz həbslərə görə Azərbaycan hökumətini qınayır

Ötən həftə sonu bir qrup ABŞ senatoru Senata Qubad İbadoğlunun Azərbaycan həbsxanasından dərhal azad olunması çağırışı ilə yeni qətnamə təqdim edib, xəbəri Turan-ın Vaşinqtondakı müxbiri verib.

Qətnamə Senatın beynəlxalq münasibətlər komitəsinə təqdim edilib, burada baxılması gözlənilir.

Senatın “Qətnamə 616” adlanan versiyası martın 22-də senator Tom Tillis (Şimali Karolinadan respublikaçı) tərəfindən öz adından və Dik Durbin (İllinoysdan demokrat), Bill Kessidi (Los-Ancelesdən respublikaçı), Tim Keyn (Virciniya ştatından demokrat) və Con Fetterman (Pensilvaniya ştatından demokrat) kimi senatorların adından təqdim edilib.

Tillisin sözlərinə görə, alim və iqtisadçı Qubad İbadoğluna qarşı “Azərbaycan hakimiyyəti tərəfindən yalan, heç bir dəlili olmayan çox sayda cinayət əməli ittihamı irəli sürülüb” və o, indiyədək Bakı İstintaq Təcridxanasında həddindən artıq pis şəraitdə saxlanılır və məhkəməni gözləyir.

Müəlliflər vurğulayırlar ki, insan hüquqları, jurnalistika ilə məşğul olan və fikri dinc şəkildə ifadə edən şəxslərin, o cümlədən Bəxtiyar Hacıyev, Əvəz Zeynallı və digərlərinin qanunsuz həbsləri Azərbaycanın demokratik ölkələr birliyi ilə əlaqələrinə xələl gətirib.

Senatorlar qanunsuz həbslərə və azadlıqların boğulmasına görə Azərbaycan hökumətini qınayır və Azərbaycanda siyasi məhbusları, o cümlədən İbadoğlunu dərhal və qeyd-şərtsiz azad etməyə çağırırlar.

Daha çox göstər
Back to top button