
Beynəlxalq Ədalət Məhkəməsi apreldə Azərbaycan və Ermənistanın etirazları ilə bağlı dinləmələr keçirəcək, Reuters xəbər verir.
“İki ölkə bir-birini BMT-nin ayrı-seçkiliyə qarşı müqaviləsini pozmaqda ittiham edir. Hər bir tərəf digərini etnik təmizləmədə günahlandırır. Aprel dinləmələri BƏM-in yurisdiksiyasına dair hüquqi etirazları nəzərdən keçirəcək və ayrı-seçkilik iddialarının mahiyyətinə toxunmayacaq”, – deyə məlumatda qeyd edilib.
Ermənistan 2021-ci ildə Azərbaycanı məhkəməyə verib. Bundan sonra Azərbaycan Ermənistanı eyni sazişi pozmaqda ittiham edərək, əks iddia qaldırıb. Artıq hər iki dövlət bir-birinə hüquqi etirazlarını təqdim ediblər və bu etirazlar aprelin 15-19-da dinləniləcək.







