Başlıcaİctimaiyyət

Qırğızıstanda ölkə rəhbərliyinə qarşı sui-qəsd təşkil etmək istəyən 5 Azərbaycan vətəndaşı həbs olunub

Qırğızıstanın Milli Təhlükəsizlik Komitəsi transmilli cinayətkar qruplaşmanın üzvü olan 5 Azərbaycan vətəndaşının saxlanılması ilə bağlı məlumat yayıb.

Qeyd olunur ki, onlar respublika rəhbərliyinə qarşı sui-qəsd təşkil etməyi planlaşdırırdılar. Bu barədə “Московский комсомолец” yazıb.

Bildirilir ki, Əliyev V.M., Bağırov S.A., Əsgərov M.O., Behbudrov M.S. Məmmədov Z.İ. saxlanılıblar. Qırğızıstan hüquq-mühafizə orqanlarının məlumatına görə, saxlanılan Əsgərov kriminal aləmdə  “sərgərdan” statusa malikdir. Əsgərov dövlətin cinayətkar qruplara qarşı apardığı fəal mübarizə siyasətinə görə, ölkə rəhbərliyinə sui-qəsd təşkil etmək məqsədilə Qırğızıstana gəlib.

Əməliyyat tədbirləri martın 22-də həyata keçirilib. Hazırda əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Daha çox göstər
Back to top button