BaşlıcaSiyasət

Azərbaycan Ermənistana qarşı hərbi təcəvüz üçün süni əsaslar yaradır: Tatoyan

Ermənistan Respublikasının keçmiş insan hüquqları müdafiəçisi, “Tatoyan” fondunun direktoru Arman Tatoyan yazır ki, Azərbaycan Ermənistana qarşı hərbi təcavüz və ermənilərin qanunsuz həbsi üçün süni zəmin yaradır.

“Ermənistanda Voskepar, Bağanis və digər kəndlərlə bağlı ən yüksək səviyyədə açıqlamalar verməyə başlayandan sonra Azərbaycan da öz növbəsində dərhal ermənilərə qarşı “azərbaycanlıları soyqırıma və deportasiyaya məruz qoymaq” maddələri ilə (yalançı) cinayət işini elan edib.

Azərbaycan bu cür  saxta cinayət işləri qaldıraraq Ermənistana qarşı hərbi təcavüzə və ermənilərin qanunsuz həbsinə süni zəmin yaradır.

Xüsusuilə, bu günlərdə Azərbaycanın hərbi prokurorluğu məlumat yayıb ki, guya 1990-cı il Martın 24-də ermənilər azərbaycanlı sakinlərə atəş açıblar ki, bunun nəticəsində azərbaycanlılar öldürülüb və kənddən məcburi köçürülüb.

Azərbaycan prokurorluğunun məlumatına görə, “Bağanis və Ayrum soyqırımı” ittihamı ilə 18 erməniyə qarşı süni cinayət işi  2005-ci ilin Mayın 5-də Azərbaycan cinayət məcəlləsinin 103-cü (Soyqırım) və 107-ci (Əhalinin zorla deportasiyası) maddələri ilə açılıb.

Həmin bəyanata görə, guya “Qazax rayonunun 7 kəndi dövlət səviyyəsində terror həyata keçirən Ermənistanın işğalı altında qalmaqda davam edir”.

Bütün bunlar onu göstərir ki, sözügedən güzəşt yeni fəlakətli nəticələrlə, o cümlədən Ermənistan vətəndaşlarının qanunsuz həbsləri, oğurlanması, əsir götürülməsi ilə doludur.

Azərbaycan hökuməti bütün öz bəyanatları və hərəkətləri ilə göstərir ki, heç bir sülh məqsədi daşımır, əksinə, Ermənistana və ermənilərə yönəlmiş ən bariz aqressiv addımlarla, təhdidlərlə fəaliyyət göstərir.

Daha çox göstər
Back to top button