Başlıcaİctimaiyyət

ER cinayatkarlığın aşağı sviyyəsi olan ölkələrin sırasında regionda birinci yerdədir: Daxili işlər naziri

Dünyada cinayətkarlığın səviyyəsi haqqında təhlilə əsasən, Ermənistan Respublikası cinayatkarlığın aşağı sviyyəsi olan 137 ölkənin sırasında 9-cu, regional ölkələrin sırasında isə 1-ci yerdədir. Bu barədə Daxili işlər naziri Vahe Ğazaryan ER Parlamentin Müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komitəsinin növbəti iclasında  ER Hökumət planının (2021-2026-ci illər) 2023-cü il üçün icrasının gedişatı və nəticələrinə dair hesabatı təqdim edərkən bildirib.

“Dünyada cinayətkarlığın səviyyəsi haqqında təhlilə əsasən, Ermənistan Respublikası cinayatkarlığın aşağı sviyyəsi olan 137 ölkənin sırasında 9-cu, regional ölkələrin sırasında isə 1-ci yerdədir. İlk beşlikdə Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Tayvan, Oman və Yeni Zelandiyadır. Honq-Konq, Yaponiya və Sloveniyadan sonra cinayətkarlığın aşağı səviyyədə olduğu ölkə Ermənistan Respublikası hesab olunur, ilk onluğu isə Gürcüstan tamamlayır ” – deyə Ğazaryan vurğulayıb.

Daha çox göstər
Back to top button