
Artsax xalqının əsas hüquqlarının müdafiəsi komitəsi Azərbaycan tərəfindən erməni hərbi əsirlərinin Cenevrə konvesiyasında nəzərdə tutulan hüquqlarının pozuntularının qarşısını almaq haqqında bəyanat yayıb.
Bəyanatda xüsusuilə deyilir ki, “Azərbaycan tərəfindən erməni hərbi əsirlərin Cenevrə konvesiyasında nəzərdə tutulan hüquqlarının pozulmasının qarşısını almaq üçün addımlar atmaq lazımdır.
Artsax xalqının əsas hüquqlarının müdafiəsi komitəsi Azərbaycan tərəfindən erməni hərbi əsirlərin hüquqlarının kobud şəkildə pozulmasını, xüsusən də hərbi əsirlərlə davranış haqqında Üçüncü Cenevrə konvensiyasında təsbit olunmuş ictimai maraqdan çəkinmək hüququnun əsas prinsipi ilə bağlı təfərrüatları əks etdirən son məlumatlardan ciddi narahatdır. Bu hərəkətlər nəinki mənəvi baxımdan qınamaq obyektidir, həm də birbaşa beynəlxalq humanitar hüquqa ziddir.
Üçüncü Cenevra konvesiyasının 13-cü maddəsi hərbi əsirlərin ictimai marağa məruz qalmasını bilavasitə qadağan edir. Azərbaycanda hərbi əsirləri əks etdirən videoçarxların ictimai yayımlanması həmin konvensiyaya əsasən onların şəxsi həyat və ləyaqətinin toxunulmazlığı hüququnun kobud şəkildə pozulmasıdır. Dördüncü Cenevrə Konvensiyasının 27-ci maddəsi eyni şəkildə mülki şəxslərə qarşı belə ictimai nümayişləri qadağan edir. Üstəlik, bu hərəkətlər məxfiliyə və şəxsi həyata, ailəyə, mənzilə və ya məktublara özbaşına müdaxilədən müdafiə hüququnu təsdiq edən Ümumdünya İnsan hüquqları bəyannaməsini pozur.
Azərbaycanın erməni hərbi əsir və girovlarla səhnələşdirilmiş müsahibələr yayımlaması onların hüquqlarının birbaşa pozulmasıdır və onların onsuz da çətin olan vəziyyətini daha da pisləşdirir. Azərbaycanın oxşar manipulyasiya taktikası beynəlxalq humanitar hüququn bütövlüyünü pozmağa xidmət edir və beynəlxalq ictimaiyyət tərəfindən qeyd-şərtsiz mühakimə edilməlidir.
Bu kobud pozuntular fonunda biz hökumət xadimlərini və insan haqları təşkilatlarını Azərbaycana gələcəkdə hərbi əsir və girovlarla bağlı video və ya müsahibələrin yayımlanmasını icazə verməmək üçün birbaşa tədbirlər görməyə çağırırıq. Bura diplomatik yollardan istifadə etmək, lazım gəldikdə sanksiyalar tətbiq etmək və Azərbaycanı öz hərəkətlərinə görə məsuliyyətə cəlb etmək üçün ictimai qınamaq daxildir.
Biz qətiyyətlə vurğulayırıq ki, digər iştirakçı dövlətlər tərəfindən bu cür videoların hər hansı təkrar yayımına icazə verilməsi təkcə üçüncü və dördüncü Cenevrə konvensiyalarının kobud şəkildə pozulması deyil, həm də humanitar hüququn əsas prinsiplərinə mühakimə edilən etinasızlıqdır. Deməli, bütün iştirakçı dövlətlərin öz yurisdiksiyalarında olan serverlərdə və mətbuat vasitələrinin platformalarında bu cür Azərbaycan videolarının hər hansı təkrar yayımının qarşısını almaq üçün təcili və qəti addımlar atması son dərəcə vacibdir.
Bundan əlavə, biz Beynəlxalq Qırmızı Xaç komitəsi kimi beynəlxalq humanitar təşkilatlardan erməni hərbi əsir və girovların saxlandığı bütün təcridxanalara dərhal və maneəsiz daxil olmasını tələb edirik.
Bu, Mülki və siyasi hüquqlar haqqında beynəlxalq pakt və İşgəncə və digər qəddar, qeyri-insani və ya digər bir növ ləyaqəti alçaldan rəftar və ya cəzalara qarşı konvesiyaları da daxil olmaqla, Cenevrə Konvensiyaları və insan hüquqlarına dair digər tətbiq olunan beynəlxalq müqavilələrdə təsbit olunmuş həmin şəxslərin rifahını və lazımi davranışını təmin etmək üçün vacibdir.
Azərbaycanın beynəlxalq hüquq çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi və erməni hərbi əsir və girovların hüquqlarını pozan bütün hərəkətləri dayandırması imperativdir. Bunun edilməməsi təkcə insanlıq və ləyaqət prinsiplərini pozmur, həm də regional sabitliyə və sülhə təhlükə yaradır.
Biz bu pozuntuların aradan qaldırılması və münaqişənin nəticəsində zərər çəkmiş bütün şəxslərin hüquqlarının müdafiəsinin təmin edilməsi istiqamətində beynəlxalq ictimaiyyətlə işləməyə hazırıq. Biz bütün dövlət ifaçılarını və beynəlxalq təşkilatları Azərbaycan əsirliyində qanunsuz saxlanılan bütün ermənilərin dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasını tələb etməyə davam etməyə çağırırıq.
Cenevrə konvensiyaları və insan hüquqlarının müvafiq prinsiplərinə riayət etmək, eləcə də Azərbaycan əsirliyində qanunsuz saxlanılan bütün hərbi əsirlərin və girovların ləyaqətini və rifahını qorumaq bizim kollektiv məsuliyyətimizdir”.







