Başlıcaİctimaiyyət

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarında qadın hərbçilərin sayı 9 faiz artıb

Ötən il Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarında qadın hərbçilərinin sayı təxminən 9 faiz artıb.

Bunu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan bildirdi.

“2022-ci illə müqayisədə sərhəd qoşunlarında qadın hərbçilərin sayı təxminən 9 faiz, 2021-ci illə müqayisədə isə təxminən 20 faiz artıb”, – Abazyan bildirib.

2023-cü ildə dövlət orqanlarının rəsmi internet saytlarının, elektron platformaların və digər informasiya sistemlərinin kibertəhlükəsizliyinin təmin edilməsi, o cümlədən qeyd olunan sistemlər istiqamətində kiber insidentlərin qeydə alınması prosesinin əlaqələndirilməsi işləri davam etdirilib. 2 milyondan çox kiberhücum cəhdinin qarşısı alınıb.

Daha çox göstər
Back to top button