BaşlıcaSiyasət

“Rusatom Service”nin baş direktoru Azərbaycanın Ermənistan AES-ə qarşı itihamlara cavab verib

Bütün əməliyyatlarda təhlükəsizlik ən yüksək prioritetdir.

Bu barədə “NEWS.am”a müsahibəsində Soçidə keçirilən ATOMEXPO-2024 beynəlxalq forumu zamanı “Rusatom Service” şirkətinin baş direktoru Yevgeni Salkov bildirib.

“İstismar müddətinin ikiqat uzadılması çərçivəsində görülən bütün işlər AES-in təhlükəsizliyinin və səmərəli fəaliyyətinin təmin edilməsinə yönəlib. Bütün elmi qurumlar və tənzimləyici orqanlar buna nəzarət edəcək”, – deyə o bildirib.

Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan KİV-lərində adları çəkilməyən naməlum QHT-lər AES-in dərhal bağlanmasını tələbi ilə nüvə enerjisi sammitinə müraciət ediblər. Bu tələbin reallıqla və MAQATE mütəxəssislərinin qiymətləndirmələri ilə heç bir əlaqəsi yoxdur.

Daha çox göstər
Back to top button