BaşlıcaSiyasət

Azərbaycanlılar tərəfindən ermənilərin başlarının kəsilməsi onların ailə üzvlərinə mənəvi əzab vermək üçün geniş yayılmış üsuldur: Hesabat

“Beynalxalq və müqayisəli hüquq mərkəzi” ictimai təşkilatı,  “Tatoyan” “Hüquq və ədalət mərkəzi” fondu, “Arbane” fondu və “Artsax xalqının maraqları və hüquqlarının müdafiəsi birliyi” ictimai təşkilatı “Ermənilərə qarşı irqi və etnik ayrı-seçkilik kontekstində Azərbaycan tərəfindən işgəncələrə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və cəzalara qarşı Konvensiyanın pozulması” başlığı ilə birgə hesabat dərc ediblər.

“Tatoyan” fondundən bildiriblər ki, hesabat Martın 18-də BMT-nin İşgəncələr əleyhinə komitəsinə Azərbaycanın Aprelin 15-dən Mayın 10-dək keçiriləcək 79-cu sessiya üçün komitəyə təqdim edilmiş 5-ci dövri hesabatına cavab olaraq təqdim edilib.

Hesabat Azərbaycanın 2016-2019-cu illər ərzində Ermənistan hərbi qulluqçularına və mülki şəxslərə qarşı törətdiyi işgəncələrə toxunur.

Bu hesabatda müzakirə edilən hadisələr Azərbaycanın milli və etnik mənşəli erməni olan şəxsləri xüsusi hədəfə götürdüyü sistematik təcrübə modelini üzə çıxarırlar.

“Qeyd edilən hallar göstərir ki, erməni hərbi xidmətçilərinin və mülki şəxslərin başlarının kəsilməsi həm birbaşa zərərçəkmiş şəxslərə, həm də onların ailə üzvlərinə mənəvi əzab vermək üçüngeniş yayılmış üsuldur.

Üstəlik, sadə müddəalara əməl edilməməsi və araşdırılmaması, eləcə də potensial işgəncə törətmiş şəxslərin cəzalandırılmaması Azərbaycanın hərbi qüvvələri və cəmiyyəti arasında cəzasızlıq səviyyəsini artırır.

Bundan başqa, hesabatda Azərbaycanda yüksək rütbəli məmurların cinayətkarlara verdiyi tərif və mükafatlardan da bəhs edilir. Bu, Ermənistan vətəndaşlarına qarşı nifrətə töhfə verən və cinayət məsuliyyətindən yayınmağa zəmanət verən hərəkətdir” – deyə fonddan qeyd edirlər.

Daha çox göstər
Back to top button