BaşlıcaSiyasət

Biz torpağı təhvil vermirik, dövlət sərhədimizdə dayanmağa çalışırıq: Vahaqn Aleksanyan

Tavuşda belə adda kənd yoxdur, keçmişdə Tavuşla həmsərhəd olan, azərbaycanlıların yaşadıqları kən əraziləridir. Bunu ER Parlamentinin “Mülki müqaviləsi” fraksiyasının deputatı Vahaqn Aleksanyan İctimai Televiziya Şirkətinin efirində Tavuşun 4 kəndinin təhvil verilməsi ilə bağlı son müzakirələrdən danışarkən deyib.

Ermənistan hakimiyyətinin bu torpaqları niyə təhvil verdiyini soruşduqda deputat bildirib ki, bu ifadə düzgün deyil. “Düzdür, biz öz dövlət sərhədimizdə dayanmağa çalışırıq və çalışırıq ki, Azərbaycan öz dövlət sərhədində dayansın”.

Biz o əraziləri təhvil verəndən sonra Azərbaycan ER-ə məxsus əraziləri təhvil verəcəkmi sualına deputat dedi ki, heç olmasa bunu tələb edəcəklər.

Aleksanyan sözlərincə, Azərbaycanın Ermənistan ərazilərindən çıxması üçün diplomatik və siyasi üsullarla hər şeyi etmək lazımdır.

“Biz israr edirik ki, demarkasiya və delimitasiya aparılmalıdır və bu proses ona görədir ki, bizim olan bizimdir, 29 min 800 kvadrat kilometr bizimdir və onun xaricində olan bizim deyil”.

“Beynəlxalq ictimaiyyət Azərbaycanın Ermənistan ərazisinə hücumunu tənqid edib və kəskin şəkildə pisləyib və Ermənistan Azərbaycanın hücumunu dayandıra bilib. Aydındır ki, Azərbaycanın Ermənistana hücumu kəskin beynəlxalq müqavimətlə qarşılanacaq və Azərbaycan nə vaxt beynəlxalq səviyyədə tanınmış ərazisinə hücum etməyə cəhd etsə, o kəskin müqaviməti görəcək”, – deyə Aleksanyan qeyd edib.

Daha çox göstər
Back to top button