BaşlıcaSiyasət

Bakıdan Kiyevə silah tədarükü ilə bağlı məlumatlar dəqiqləşdirilir: Zaxarova

Kiyevə potensial silah tədarükü ilə bağlı bütün məlumatlar Rusiyanın müvafiq departamentləri tərəfindən diqqətlə yoxlanılır.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirdi.

““Bu, bizim üçün fundamental mövzudur. Biz ölkələri onların hərəkətlərinin Rusiya vətəndaşları üçün təhlükə olub-olmaması, mülki infrastruktura və ölkəmizin vətəndaşlarına zərər dəyib-dəyməməsinə görə dəyərləndiririk.

Bir daha vurğulamaq istərdim ki, biz Qərb dövlətlərindən başqa, digər ölkələrlə olduğu kimi Azərbaycanla də ikitərəfli təmasdayıq. Əgər bu ölkə Rusiyaya qarşı müharibədə iştirak etməkdə maraqlı deyilsə, ancaq silah verirsə, biz bütün məlumatları müşahidə edirik və yoxlayırıq”, – Zaxarova bildirib.

Daha çox göstər
Back to top button