Ermənistan hazırkı mərhələdə Avropa İttifaqına daxil olmaq üçün ərizə vermək məsələsini müzakirə etmir.
Bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə bildirib.
Simonyanın sözlərinə əsasən, hazırda Ermənistanın Aİ-yə üzvlük məsələsi müzakirə mövzusu deyil:
“Düşünmürəm ki, belə bir hadisə baş verə bilər. Ermənistan hələ müraciət etməyib və Aİ-yə üzv və ya namizəd olmaq üçün gözləyir. Bizim görülməli çox işimiz var ki, Gürcüstan və ya Türkiyə kimi illərlə Aİ-yə üzvlüyü gözləməli olmayaq”.
Spiker əlavə edib ki, ölkədə bir çox standartların dəyişdirilməsinə ehtiyac var və bu səbəbdən də Aİ üzvlüyü üçün müraciət edilsə, prosesin nə qədər vaxt aparacağı sual altındadır.