BaşlıcaSiyasət

Ermənistana  AB-nə namizəd statusunun təkilf edilməsi vacib siqnal olacaq: “Ermənistanın dostları şəbəkəsi”nin hesabatı

Ermənistan və Avropa Birliyi arasında viza rejiminin liberallaşdırılması ətrafında dialoqun başlanması münasibətlərin dərinləşdirilməsi üçün mühüm addım olacaq.

Bu barədə Danimarkanın keçmiş baş naziri və Şimali Atlantika alyansının keçmiş baş katibi Anders Fog Rasmussenın başcılıq etdiyi “Ermənistanın dostları şəbəkəsi” yüksək səviyyəli qrupunun dərc etdiyi hesabatda qeyd olunur.

Həmmüəlliflər qeyd edirlər ki, vizaların liberallaşdırılması Ermənistan xalqına əhəmiyyətli dəyişiklik gətirəcək, çünki insanlar arasında ünsiyyətin artması vacibdir.

Hesabatda xüsusilə vurğulanır ki, AB Ermənistana üzvlüyə namizəd statusu təklif etməyə hazır olduğunu bildirməlidir ki, bu da mühüm siqnal olacaq.

Hesabata görə,  Ermənistan dövlətinin öz missiyasını davam etdirməsi, erməni xalqının iqtisadi cəhətdən böyüməsi, səhiyyənin inkişafı, ölkədə qanunun aliliyinin hökm sürməsi, xalq hüquqlarının və demokratiyanın qorunub saxlanması təmin etmək vacibdir.  AB yardımı insanların görə və hiss edə biləcəyi dəyişikliklərə yönəldilməlidir.

Hesabat müəllifləri Ermənistanın ərzaq təhlükəsizliyinə toxunaraq qeyd edirlər ki, bu baxımdan Avropa Birliyi Ermənistana əsas ərzaq məhsullarının idxalına subsidiya verməklə addımlar atmalıdır. Paralel olaraq, AB daha sabit və sərfəli daxili iqtisadiyyatın inkişafında Yerevanı dəstəkləməlidir.

Hesabatda qeyd olunur ki, AB-Ermənistan münasibətlərinin daha darinləşdirilməsi və möhkəmləndirilməsi üçün enerji sahəsinə də diqqət yetirilməsi vacibdir, o cümlədən Ermənistanı Avropa enerji icmasının üzvü olmağa dəvət etmək, Ermənistana yaşıl enerjiyə keçid, enerji idxalının və mənbələrinin  diversifikasiyası məsələsində islahatlarını sürətləndirməyə kömək etmək.

Daha çox göstər
Back to top button